58 min nəfər tələbə olmaq istəyir
Bizi izləyin

Qırmızı.az

58 min nəfər tələbə olmaq istəyir

Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, proses internetlə elektron formada aparılır və aprelin 30-dək davam edəcək. Qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçiriləcək. Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.

Bu gün saat 10:30-dək öz elektron ərizələrini doldurub təsdiq etmiş abituriyentlər haqqında statistik məlumatlara əsasən, 22356 nəfər birinci, 15904 nəfər ikinci, 15035 nəfər üçüncü, 4711 nəfər dördüncü qrupa sənəd verib.

Ümumilikdə 58006 nəfər sənəd verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm