Qırmızı.az
Prokuror olmaq istəyirsiz!?
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu aprelin 24-də başa çatıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 380 namizəd üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı 8 may 2015-ci il tarixdə saat 10:00-da başlayaraq 3 saat ərzində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda keçiriləcək (Bakı şəhəri, A.Sultanova küçəsi, 5).
Müsabiqədə iştirak edən namizədlər 5-6 may 2015-ci il tarixlərdə saat 10.00-dan 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə test imtahanına buraxılış vərəqəsini və imtahanın keçirilməsi qaydalarını əks etdirən “Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
Müsabiqədə iştirak edən namizədlərin diqqətinə çatdırılır ki, test suallarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə olunub:
- Azərbaycan Respublikasının Konstitusiyası;
- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanunu;
- “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata
keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanunu;
- “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiya;
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
- “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan
Respublikasının Qanunu;
- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanunu;
- “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu.
Müsabiqə ilə əlaqədar prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsilə məlumat əldə etmək olar.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi