• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İstanbulda IV Dünya Türk Forumu öz işinə başlayıb

İstanbulda IV Dünya Türk Forumu öz işinə başlayıb

Bu gün İstanbulda Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə Çanaqalla zəfərinin 100-cü ildönümünə ithaf edilən IV Dünya Türk Forumu (DTF) öz işinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindn Publika.az-a verilən məlumata görə, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Makedoniyanın Dövlət naziri Furqan Cako, Maldovanın Qaqauz yerinin sabiq rəhbəri Mixail Formuzal, Türk Akademiyasının prezidenti Darhan Kıdırali çıxış edərək Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Forum iştirakçılarını təbrik edib, Çanaqqala, Xocalı, Qarabağ və türk dünyasının bütün şəhidlərinin xatirəsini yad ediblər. Onlar Türkiyə və Azərbaycanın timsalında bütün türk dünyasına qarşı müşahidə edilə hücumların qarşısını almaq üçün bütün türklərini həmrəyliyə və birliyə çağırıblar.

Forumda çıxış edən Diasporla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, qondarma erməni soyqırımının 100-cü ildönümü ilə bağlı Azərbaycan diasporu dünyanın bir çox yerində tədbirlər keçirərək bu iddiaların yalan olduğunu, əsl soyqırımına ermənilərin deyil, türklərin, azərbaycanlıların məruz qaldığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Dövlət Komitəsinin sədr müavini 1918-ci ildə erməni hərbi birləşmələri tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı aktını da xatırladıb və aşkar edilmiş kütləvi məzarlıqların bu soyqırımını sübut etdiyini vurğulayıb.

Aprelin 26-dək davam edəcək Forum çərçivəsində əsasən yeni regional və qlobal idarəetmə, xalq diplomatiyası, media, informasiya, türk dünyası və diasporları üçün yeni perspektivlər, erməni məsələsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Cavid Vəliyev və başqaları var.

Ümumilikdə Foruma Türk dünyasından - 60-a yaxın ölkədən 450-dək nümayəndə iştirak edir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR