Qırmızı.az
Nazirlik qeyri-qanuni işdən çıxarılan Qarabağ əlilini işə bərpa etdi
Dövlət Əmək Müfəttişliyi Xidməti Qarabağ müharibəsi əlilini əvvəlki işinə bərpa edib.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Məlumata görə, II qrup Qarabağ müharibəsi əlili Bayramov Elxan Adığözəl oğlunun “Atena” MMC-də işlədiyi halda qeyri-qanuni olaraq işdən azad edilməsi ilə bağlı şikayət xarakterli müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən obyektiv şəkildə araşdırılıb. Araşdırma nəticəsində Bayramov Elxan Adıgözəl oğlu ilə bağlanmış əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi müəyyən olunub. Xidmət tərəfindən əmək qanunvericiliyin tələblərinə uyğun tədbir görülməklə, II qrup Qarabağ müharibəsi əlilinın yenidən “Atena” MMC-də əvvəlki işinə bərpa olunması təmin edilib.
Qeyd edək ki, indiyə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinə bir neçə dəfə bu kateqoriyadan olan şəxslər tərəfindən işdən qeyri-qanuni çıxarılma ilə bağlı müraciətlər daxil olub və bu müraciətlərə dərhal reaksiya verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə sosial cəhətdən həssas əhali qruplarına, xüsusən də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlara və şəhid ailəsi üzvlərinə daim diqqət və həssaslıqla yanaşmağı tövsiyə edir.
Gülnar Əliyeva
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO