Sabah bu rayonlarda qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, aprelin 29-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, “Yaşma” və “Giləzi”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Ərəbqədim, Siyəzən rayonun Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm