Azərbaycanlı qadın türkiyəli ilahiyyatçını təəccübləndirdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı qadın türkiyəli ilahiyyatçını təəccübləndirdi - VİDEO

Azərbaycanlı qadının Türkiyənin tanınmış ilahiyyatçısı Nihat Hatipoğluna canlı efirdə verdiyi sual ölkə mediasının gündəmində yer alıb.

Publika.az-ın məlumatına görə, Türkiyənin ATV telekanalında yayımlanan verilişə zəng edən azərbaycanlı qadının sözləri aparıcı N.Hatiploğlunu təəccübləndirilib.

Qadın ailəsinin razılığı ilə sevmədiyi bir ilə evləndiyini, həyat yoldaşının narkoman olduğunu və onu aldatdığını deyib:

“Həyat yoldaşımla münasibətlərimiz yaxşı deyildi. Həmin vaxt başqa biri ilə tanış oldum, onunla bir-birimizi sevirik. Bir müddət sonra boşandım, sevdiyim şəxslə evlənmək istədim. Kəbin kəsdirmək istədik, amma molla buna razı olmadı. Mən şiə, yoldaşım sünni idi. Molla nikahımızın haram olduğunu dedi. İndi bu məsələni sizdən soruşmaq istəyirəm. Yoldaşıma xəyanət etdiyim biri ilə evlənə bilərəmmi”.

Bu sözlər qarşısında təəccüblənən N.Hatipoğlu bir müddət sonra sualı cavablandırıb.

“Evli olarkən başqası ilə münasibətdə olmusunuz, bunun adı zinadır. Boşandıqdan sonra həmin adamla evlənməyinizdə bir mane yoxdur” - deyə cavab verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm