Qırmızı.az
3 qapılı avtobuslar yığışdırılır
Bakıda sərnişin nəqliyyatında böyük dəyişikliklər
edilir.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişin
daşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının
cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə
verdiyi məlumata görə, paytaxtda xidmət göstərən iritutumlu
avtobuslar yığışdırılır.
Onun sözlərinə görə, 3 qapılı “Daewoo” markalı avtobuslar
yavaş-yavaş paytaxtdan yığışdırılacaq. Onların əvəzinə 2 qapılı
orta və iritutumlu avtobuslar gətiriləcək.
Qurum rəisi bildirib ki, avtobuslar texniki qüsurlarına görə
xidmətdən yığışdırılacaq: “3 qapılı “Daewoo”ların tarazlıq yastığı
tez sıradan çıxır. Bu səbəbdən də, həmişə həmin avtobuslarının yan
böyrü üstə əyildiyini görürdük. Onların qəzaya düşməsi ehtimalı çox
olduğu üçün xətdən yığışdırılacaq”, - deyə Vüqar İbrahimli
bildirib.
Qeyd edək ki, əvvəllər işləyən 14 ədəd 3 qapılı “Daewoo” markalı avtobusun yerinə 28 ədəd 2 qapılı “Daewoo” markalı avtobus qoyulub. Həmin avtobusun qrafiki 5 dəqiqə idisə, indi onların qrafiki 2 dəqiqəyə salınıb. Bundan başqa, 14 saylı avtobus bağlanıb. Onun əvəzinə 24 saylı avtobus işləyəcək. Bağlanan avtobuslar içərisində 86 saylı marşrut xətti də var. Onun əvəzinə isə 29 işləyəcək. Bağlanan 90 saylı marşrut xəttinin əvəzinə isə 91 işləyəcək. Bundan başqa, 2, 53 saylı avtobuslar da bağlanıb.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq