Ramil Usubovdan polis rəisləri ilə bağlı yeni əmrlər
Bizi izləyin

Qırmızı.az

Ramil Usubovdan polis rəisləri ilə bağlı yeni əmrlər

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə rayonun polis rəisləri yeni təyinat alıb.

Trend xəbər verir ki, nazirin bir neçə gün əvvəl imzaladığı müvafiq əmrlərə əsasən, Ucar rayon Polis şöbəsinin (RPŞ) rəisi Tahir Quliyev tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) rəisinin müavini vəzifəsinə, BNMİ-nin rəis müavini Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Oğuz RPŞ-nin rəisi vəzifəsinə, Oğuz RPŞ-nin rəisi Cəmil Əmirov vəzifəsindən azad edilərək Şəmkir RPŞ-nin rəisi vəzifəsinə, Şəmkir RPŞ-nin rəisi Şükür Mehdiyev isə BNMİ-nin rəis müavini vəzifəsinə təyin olunublar.

Faktı Trend-ə DİN-in mətbuat xidmətindən də təsdiq ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm