Vüqar Qaradağlı TV-lərdə kadr çatışmazlığından DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Vüqar Qaradağlı TV-lərdə kadr çatışmazlığından DANIŞDI

“Jurnalistika inkişaf edir, lakin bu gün peşəkarlaşma istənilən səviyyədə deyil. Yaxşı təhsil olmadan jurnalistlərdən heç nə tələb edə bilmərik”.

Publika.az-ın məlumatına görə, bu sözləri ATV telekanalının prezidenti Vüqar Qaradağlı “Media və təhsil dialoqu: Peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirilib.

V.Qaradağlı bu məsələnin Azərbaycanın bugünkü inkişafı ilə heç ayaqlaşmadığını deyib.

“Bu gün rəhbərlik etdiyim televiziya təcrübəsinə əsasən deyə bilərəm ki, son dövrlər təhsilin inkişafına aid hazırlanan materiallar cəbhə xəbərləri qədər vacib informasiyalar sırasındadır. Çünki təhsildə baş verən hər bir yenilik qısa zamanda özünü cəmiyyətdə göstərir. Təhsil bu sahədə medianın ehtiyacını ödəyə bilmir. Bu gün xüsusən televiziyanın hazır, peşəkar kadrlara ehtiyac var. Televiziya mütəxəssis hazırlamamalıdır, mütəxəsislər hazır gəlməlidir. Təəssüf ki, bu gün çox bahalı televiziya avadanlıqlarımızı naşı insanlara etibar etməli oluruq. Bu gün ATV telekanalı tam rəqəmsal yayıma keçmək istəyir, lakin rəqəmsal yayımın vizual görüntüsü bizi qane etmir. Bu, problemdir”.

V.Qaradağlı bu gün televiziyaların mütəxəssis yetişdirməsinin kommersiya televiziyası üçün problemə çevrildiyini deyib:

“Bu gün hər hansı televiziya mütəxəssis yetişdirir, sonra onlar digər televiziyaya keçir, bu, problemə çevrilir. Bu isə kommersiya televiziyası üçün sərfəli deyil. Bundan başqa, texniki heyətin yetişməsi üçün əməkdaşlarımızı xarici ölkələrə treyninqə göndəririk. Lakin bu kurslar həmişə istənilən nəticəni vermir. Bu həm də iqtisadi baxımdan sərfəli deyil. Kommersiya əsasında fəaliyyət göstərən televiziyalar üçün bu seminarlar əlavə xərc deməkdir”.

V.Qaradağlı həmçinin ali məktəblərin də PR sahəsində şalısan peşəkar kadrlara ehtiyac olduğunu deyib.

“Bu gün ali məktəblərlə media arasında əlaqə var, lakin bu daha da peşəkar olmalıdır. İctimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları da media ilə işləməyi bacarmalıdır. Bu mütəxəssislər xaricdən gətirilməməlidir. Ali məktəblərimiz bu kadrları hazırlamalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm