Bu gecə Bakının iki prospekti bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Bu gecə Bakının iki prospekti bağlanacaq

Bu gecə Neftçilər prospektində qismən, Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək.

Tərtib olunmuş qrafikə əsasən, Neftçilər prospektinin R.Behbudov küçəsinin kəsişməsindən R.Zorge küçəsinin küsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da başlanılacaq. Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə anoloji işlərə gecə 00:00-da başlanılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm