Suriyada döyüşən azərbaycanlılara 81 il yarım həbs cəzası verildi
Bizi izləyin

Qırmızı.az

Suriyada döyüşən azərbaycanlılara 81 il yarım həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 6 nəfərə hökm oxunub.

Trend xəbər verir ki, Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi bu gün başa çatıb.

Məhkəmə təqsirləndirilən şəxslər - Ruslan Mustafayevin 14 il, Tariyel Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qətnamə çıxarıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vaxtilə MTN-in həyata keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm