İnternat evləri ləğv olunur
Bizi izləyin

Qırmızı.az

İnternat evləri ləğv olunur

İndiyədək valideyn himayəsindən məhrum olmuş 348 uşaq ailələrinə və yaxın qohumlarının himayəsinə qaytarılıb. 589 nəfər uşağın internat müəssisəsinə yerləşdirilməsinin qarşısı alınıb.

Publika.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış-sərgisində çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu nəticə 2006-I ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində əldə olunub.

“Dövlət uşaq müəssisələrinə alternativ xidmət yaradılıb. Hazırda nazirliyin tabeliyində 10 nəfər qız uşağı üçün tikilib istifadəyə verilmiş Ailə tipli kiçik qrup evi fəaliyyət göstərir. Lənkəran şəhərində oğlanlar üçün tikilən Ailə tipli kiçik qrup evi isə sentyabrda istifadəyə veriləcək. Uşaq müəssisələrinin transformasiyası haqqında Baş Plana uyğun olaraq isə, 12 internat məktəbi peşə liseyi, ümumtəhsil məktəbləri və gimnaziyalara transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. Bu il daha 7 internat məktəbin transformasiyası nəzərdə tutulur”.

Nazir onu da vurğulayıb ki, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərə yerləşdirilib. Ölkədə inteqrasiyalı və inklüziv təhsilin tətbiq olunması nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərin də transformasiyası mümkün olacaq.

“Transformasiyası nəzərdə tutulan müəssisələrdən birinin də 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi olduğu bildirilib. İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir. İnteqrasiya təlimli təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi şagird kontingentinin 20 faizini təşkil edir. Hazırda internat məktəbində 909 şagird təlim-tərbiyə alır. Onlardan 691 şagird ümumtəhsil siniflərində, 172 şagird isə xüsusi siniflərdə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 115 nəfər pedaqoji işçi məşğul olur. 2014-2015-ci tədris ilində internat məktəbin 52 məzunundan 18-i sağlamlıq imkanları məhdud şagird olub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm