Bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

Bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirildi

Bakıda “Oyunlar zolağı”nın olduğu yollarda ümumi hərəkət sürəti dəyişdirilib.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, Bakıda keçiriləcək l Avropa Oyunları zamanı yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar Avropa Oyunlarına cəlb edilmiş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş xüsusi zolaqların keçdiyi bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirilib.

Belə ki, Bakı Kənar Dairəvi yolda nəqliyyat vasitələrinin maksimum hərəkət sürəti 80 km/saata, xüsusi zolaqlarla kəsişmə yerlərində isə 40 km/saata endirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm