Qırmızı.az
Yola zəncir və dirək vuran vətəndaşlara sərt XƏBƏRDARLIQ
Paytaxtın bəzi mərkəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə, səkilərə vurulan hərəkətə mane olan maneələr, zəncirlər və dirəklər sökülür.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aparılan işlər nəticəsində paytaxtın mərkəzində, daha dəqiqi, Nəsimi rayonu Əlövsət Quliyev, Rəsul Rza, Əlimərdan bəy Topçubaşov, Həzi Aslanov və digər küçələrdə vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə və səkilərə vurulan müxtəlif maneələr, zəncirlər və dirəklər xüsusi kəsici alətlərlə kəsilərək, yığışdırılıb. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.
Gülnar Əliyeva
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı