I Avropa Oyunlarının açılış günündə Bakıda hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

I Avropa Oyunlarının açılış günündə Bakıda hava necə olacaq?

I Avropa Oyunlarının açılış günündə Bakıda gözlənilən ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, iyunun 11-də Bakıda hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 28-33 dərəcə isti olacaq.

İyunun 12-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturunun gündüz saatlarında 28-33 dərəcə isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində - iyunun 10, 11 və 12-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm