İmtahan nəticələri yaxın vaxtlarda açıqlanacaq
Bizi izləyin

Qırmızı.az

İmtahan nəticələri yaxın vaxtlarda açıqlanacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də Respublikanın bir sıra rayon və şəhərlərində keçirdiyi buraxılış imtahan protokollarının və cavab kartlarının emalını aparır.

TQDK-dan Publika.az-a verilən məlumata görə, bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, imtahanlar Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanmış və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanmış və 2 saat 45 dəqiqə müddətində aparılıb.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm