İstanbulda “Azərbaycan - İdman diqqət mərkəzində” adlı sərgi keçirilib
Bizi izləyin

Qırmızı.az

İstanbulda “Azərbaycan - İdman diqqət mərkəzində” adlı sərgi keçirilib

İyunun 6-dan 12-dək İstanbulun “İstinye” Parkında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə “Azərbaycan – İdman diqqət mərkəzində” adlı foto sərgi keçirilib.

Publika.az xəbər verir ki, “Baku – 2015” I Avropa Oyunlarına həsr olunmuş foto müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi kimi mövzuları əhatə edib.

2014-cü ildə TEAS-ın elan etdiyi foto müsabiqəyə 10 ölkədən 60-a yaxın fotoqrafdan 300-dən artıq fotoşəkil daxil olub. Onların arasında seçim ediləndən sonra, peşəkar azərbaycanlı fotoqraf Dilavər Nəcəfovun “Çəhrayi lentli gimnast” adlı fotoşəkli üç aparıcı fotoqrafdan ibarət beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqənin qalibi seçilib.

Bu günə qədər “Azərbaycan – İdman diqqət mərkəzində” adlı foto sərgi London, Nitsa, Maastrixt, Berlin və Parisdə keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm