Ekspres avtobus xidmətlərində dəyişiklik edildi
Bizi izləyin

Qırmızı.az

Ekspres avtobus xidmətlərində dəyişiklik edildi

20 və 21 iyun tarixlərində ekspres avtobus xidmətlərinə müəyyən dəyişikliklər ediləcək.

Publika.az xəbər verir ki, iyun ayının 20 və 21-i keçiriləcək “Bakı-2015” yol velosiped yarışı ilə əlaqədar olaraq, altı ekspres avtobus marşrutlarına X14, X15, X16, X18, X19, X20 müəyyən dəyişikliklər ediləcək. Dəyişiklik 20 iyun (05:30-dan 21:00-dək) və 21 iyun (03:30-dan 21:00-dək) tarixlərində olacaq.

Yuxarıda qeyd olunan saatlarda bu ekspres avtobuslar 28 May və Elmlər Akademiyası metrostansiyalarından deyil, Azneft dairəsindən heç bir ara dayanacağı olmadan xidmət göstərəcəklər.

Tamaşaçılara “Azneft” dairəsindən yaxın olan “İçərişəhər” metrostansiyasından istifadə etmələri tövsiyə olunur.

Ekspres avtobusların fəaliyyəti 20 və 21 iyun tarixlərində 21:00-dan əvvəlki qaydada bərpa olunacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm