Qırmızı.az
Zakir Həsənov zirehli texnikaların döyüşə hazırlığını yoxladı - FOTO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir
Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirib.
Eyni zamanda
müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların
döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş
növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi
qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış
olub.
Müdafiə naziri
nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə
davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi
qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması
və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar
verib.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq