Sabahdan hava sərinləşəcək
Bizi izləyin

Qırmızı.az

Sabahdan hava sərinləşəcək

Sabahdan hava sərinləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında dəyişkən buldulu olacaq, havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağı yağacağı ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.

İyunun 27-də isə gündüz saatlarında havanın temperaturu 27-32 dərəcəyə enəcək. Şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında iyunun 26-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərə dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.

İyunun 27-də gündüz saatlarında Aran rayonlarında 34-39 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm