Qırmızı.az
Qarpızlar yoxlanılır
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət-Toksikologiya Laboratoriyası bazarlarda satılan yemiş və qarpızlarda gübrələrin miqdarının yoxlanılmasını tədbirlərini gücləndirib.
Bu barədə Publika.az-a laboratoriyanın rəhbəri Yaqub İbrahimov məlumat verib.
Onun sözlərinə görə, mövsümlə əlaqədar olaraq bütün bazarlarda qarpız, yemiş, eləcə də bəzi mövsümi meyvələr yoxlanılır.
“Bir sıra bazarlarda yoxlamalar aparılıb. Yaxın zamanda bu işi bölgələrdə də davam etdirəcəyik. Nitratın miqdarı aşkar edilən məhsullar satışdan çıxarılacaq. Qarpız üçün əsasən Saatlı, Sabidabad, İmişli və Bərdə rayonlarında yoxlamalar aparacağıq. Bununla yanaşı, iri pərakəndə satış obyektlərində də yoxlamalar aparırıq”.
Y.Piriyev bu vaxta qədər aparılan monitorinqlər zamanı 500-600 kq qarpız və yemişin tərkibində nitratın miqdarının artıq olduğuna görə satışdan çıxarıldığını bildirib:
“Nitratın miqdarı ötən illə müqayisədə bu il nisbətən yaxşıdır. İyulun sonu, avqustun əvvəlində nitratın miqdarı normaya uyğun olur. Bu baxımdan yaşlı adamlar, azyaşlı uşaqlar, xəstələrin iyulun əvvəllərində qarpız yemələri məsləhət görülmür”.
Y.İbrahimov qarpız və yemiş yemək üçün ideal vaxtı da açıqladı:
“Qarpız artıq istixana şəraitində yetişdirildiyinə görə may, iyun aylarında bazarda qarpız tapmaq mümkündür. Əvvəllər isə iyulun ortasında az hallarda bazarda qarpız olurdu. Bunu nəzərə alaraq biz də qarpızı avqustun birindən yeməyi məsləhət görürük. Əlbəttə, heç kimə qadağa qoya bilmərik”.
Yol kənarlarda, evlərin həyətində qarpız satanlar yoxlamadan kənar qala bilər. Ona görə də Y.İbrahimov əhaliyə xəbərdarlıq etdi ki, bu yerlərdən qarpız alarkən diqqətli olsunlar:
“Bazarda satılan qarpızı biz yoxlayırıq, buna görə də məsuliyyət daşıyırıq. Yol kənarlarında, həyətlərdə qarpız satışına görə, satıcı və alıcılar məsuliyyət daşıyırlar. Lakin bu problemin tam həll edilməsi üçün gələcəkdə qarpız və yemişin birbaşa sahədə yoxlanması üçün səyyar laboratoriyaların təşkili üçün üzərində iş aparırıq. Bu, ən düzgün variantdır. Çünki bu məhsullar əkilən sahəyə gübrə bəzən normadan çox verilir, ona görə də problem əkin sahələrində yaranır”.
Gülxar
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi