Qırmızı.az
Rəşid Mahmudovdan şok çağırış: “Bütün özəl telekanallar...”
Tibb elmləri namizədi, ictimai xadim Rəşid Mahmudov müğənni Mətanət Əsədova ilə yazıçı-redaktor Əziz Musaoğlu arasında baş verən qalmaqala münasibət bildirib.
R.Mahmudov Publika.az-a açıqlamasında deyib ki, ziyalılar arasında onun da təkləndiyi anlar olub: “O zaman onlar mənim təkləndiyimi görmürdü?”
R.Mahmudov həmçinin söyləyib ki, ziyalı söyüşlə danışmamalıdır: “Əgər sən ziyalısansa, niyə söyüş söyürsən? Axı bununla sən onun səviyyəsinə düşürsən. İmkanın varsa, ümumiyyətlə, belə verilişlərə getmə. Açığı, mən heç o ziyalını yaxından tanımıram da. Axı o şairin müğənni ilə nə işi vardı? Onsuz da müğənnini hər kəs tanıyır. Müğənnini açıq şəkildə söyüb təhqir etmək doğru deyildi. Sən ona deyə bilərdin ki, pis müğənnisən və sairə. Ancaq sən ziyalısansa, söyüş söyməməli idin. Müğənninin kim olmasından asılı olmayaraq, onu təhqir etməyə də heç kəsin haqqı yoxdur. Mən ağsaqqal adamam, kimsə mənə elə hüquq veribmi ki, gedib müğənniləri təhqir edim? Vallah, deyəsən, bizim ölkədə hamı şair, yazıçı, müğənni doğulur. Bir ölkədə bu qədər müğənni və ya şairmi olar?”
Azərbaycanda özəl televiziya kanallarında şou verilişlərin cəmiyyət üçün böyük təhlükə yaratdığını vurğulayan R.Mahmudov qeyd edib ki, Azərbaycanda özəl televiziya kanallarının hamısı ləğv olunmalıdır: “Mən bir neçə dəfə də efirdən demişəm ki, özəl telekanallar Azərbaycan xalqının əleyhinə işləyir. Səmimi deyim ki, indi Azərbaycanda baxılası televiziyalar ancaq AzTV və İTV-dir. Digər telekanalların hamısı biabırçıdır. Hamısı gecə-gündüz ancaq şou verilişlər verirlər”.
Vasif Həsənli
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO