Təhsil nazirindən yeni əmr
Bizi izləyin

Qırmızı.az

Təhsil nazirindən yeni əmr

Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil şöbəsi ilə bağlı əmr imzalayıb.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunub.

Əmrə əsasən, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək, Xüsusi təhsil şöbəsi adlandırılacaq. Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları İdarənin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə veriləcək.

Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası 1 (bir) ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm