• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Astroloji proqnoz - 27 sentyabr

  • Qoroskop
  • 27 Sentyabr 2015 00:13
  • 1 422 Baxış
Astroloji proqnoz - 27 sentyabr

Qoç - Bu gün baş verən hadisələr sizi sevindirir və ruhlandırır. Qarşınızda duran məqsədlər nə qədər çətindirsə, siz bir o qədər həvəs və entuziazmla o işlərə yanaşırsınız. Qeyri-standart hərəkətləriniz, orijinallıq nümayiş etdirməyiniz bütün diqqətlərin sizə cəlb olunması ilə nəticələnir. Güclü müttəfiqlər tapmaq şanslarınız var. Bu gün başlatdığınız işgüzar münasibətlər davamlı və məhsuldar olacaq.

Müxtəlif avatntüralara doğru meyllisiniz. Yeni eksperimentlərə həvəslə yanaşırsınız. Bu isə o deməkdir ki, yeni təəssüratlar cəhətdən kasadlıq olmayacaq.

Buğa - İşgüzar tərəfdaşlarınızla danışıqlarınız proqreslə nəticələnəcək. Birgə fəaliyyət olduqca məhsuldar alınacaq. Sizin kimi düşünən insanlarla işləməkdən zövq alırsınız. Rəhbərliklə münasibətləriniz qaydasına düşür.

Yaxınlarınızla münasibətlərdə olduqca ədəblisiniz. Bu səbəbdən məişət çətinlikləri mübahisələrə səbəb olmur. Alış-veriş etmək olar, zövqünüz sizi aldatmayacaq.

Əkizlər - Qarşıda qoyulan məqsədləri doğru anlamaq və öz imkanlarınızı düzgün qiymətləndirməklə yaranmış çətinlikləri aşa biləcəksiniz. Həddən artıq emosional insanlarla qarşılaşdıqda belə sakitliyinizi və soyuqqanlılığınızı qoruyursunuz.

Gün təhsil və ixtisas artırmaq üçün münasibdir. Bununla yanaşı, istirahət üçün də vaxt tapırsınız. Romantik görüşlər ümidlərinizi doğruldur.

Xərçəng - Diqqətinizi işə cəmləsəniz, hər şeyi çatdıra biləcəksiniz. Özünüintizam ilə bağlı problem yaşamırsınız. Bir neçə iş görməli olsanız belə, dağınıqlıq yaranmır. Vacib imtahanlar vermək, iş görüşləri keçirmək olar.

Vacib informasiya daxil olması ehtimalı da yüksəkdir. Nəzərdə tutulmayan səfərə çıxmaq ehtimalınız da var.

Şir - Fikriniz bir qədər dağınıqdır, lakin bu, işləməyinizə, qarşıda duran məsələləri həll etməyinizə mane olmur. Vaxtında sakitləşə və gərginləşmiş vəziyyəti zarafatlarınızla yumşaltmağa qadirsiniz.

Təsərrüfat işləri ilə, məişət problemlərinin həlli ilə məşğul olmaq olar. İş prosesində yeni ideyalarınız yaranacaq.

Qız - Vəziyyəti nəzarətdə saxlamaq üçün bir qədər güc itirirsiniz. Bununla yanaşı, bu gün bir qədər sakitləşmək və axın istiqamətində üzmək olar. Hadisələr sizin üçün əlverişli olan şəkildə cərəyan edir. Sizin maraqlarınızın qeydinə qalan insanlar da var ətrafınızda.

Özünəgüvən hissi artır. Başa düşürsünüz ki, həm işgüzar, həm də şəxsi məsələlərdə uğur qazana bilərsiniz.

Tərəzi - Dolğun və məhsuldar bir gündür. Sizin energetik potensialınız olduqca yüksəkdir. Bu səbəbdən də, çoxsaylı işlərin olmasına baxmayaraq, özünüzdə yorğunluq hiss etmirsiniz. Hər şeyi düzgün qiymətləndirib doğru qərar verə bilirsiniz.

Ekzotika və mistikaya marağınız artır. Öz gələcəyiniz barədə proqnozlar vermək istəyirsiniz.

Əqrəb - Günün birinci yarısında qeyri-adi mənəvi yüksəliş hiss edirsiniz. Bu, sizin gün ərzində uğur qazanmağınız üçün mühüm rol oynayır. Qarşınızda hansı işin olmasından asılı olmayaraq, hər bir işin öhdəsindən rahatlıqla gəlirsiniz.

Gün rahat və xoş ünsiyyət, yeni tanışlıqlar üçün yararlıdır. Qarşı cinsin nümayəndələri ilə ünsiyyətdə səmimi olmağa çalışın.

Oxatan - Gərgin və məhsuldar danışıqlarla dolu, işgüzar anlaşılmazlıqların yoluna qoyulduğu bir gündür. Yeni müttəfiqlər qazanmaq ümidi ilə yeni layihələrə başlaya bilərsiniz. Qarşınızda maraqlı məqsədlər dayanır. İlk baxışdan bu məqsədlərə necə yanaşmaq lazım olduğunu bilməkdə çətinlik çəkəcəksiniz.

Uzunmüddətli planlar qurmaq olar. Onların reallaşması şansı çoxdur. Uzaqdan xoş xəbərlər eşidəcəksiniz.

Oğlaq - Bu gün çox işləmək lazım gələcək, lakin bu, sizi qorxutmayacaq. Bir neçə məsələni eyni vaxtda həll etmək imkanınız var. Düzgünlük və səmimilik danışıqlarda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün köməkçi olacaq.

Yaxınlarınız sizi dəstəkləməyə hazırdırlar, bu səbəbdən hətta ən cəsur ideyalarınızı da onlarla bölüşün. Təşəbbüslər göstərmək, köhnə münasibətlərin bərpası və romantik görüşlər üçün uyğun bir gündür.

Dolça - Sakit və harmonik bir gündür. Bu gün tər töküb işləmədən hadisələrin gedişini izləmək olar. Sizin səmimiliyiniz diqqətdən kənarda qalmır. Bu gün sizi dəstəkləyən insanları tapmaq çətin olmayacaq.

Bu gün əyləncə, kübar məclislərinin ziyarəti və aktiv istirahət üçün münasib bir gündür. Həyat potensialınız olduqca yüksəkdir. Bahalı hədiyyələr və uğurlu alış-verişlər də ola bilər.

Balıqlar - Bu gün həddən artıq uğurlu olacağı vəd olunur. Bir çox işlərin öhdəsindən gələ bilirsiniz və siz bunu gözəl başa düşürsünüz. Həyat eşqiniz və nikbinliyinizlə ətrafdakıların rəğbətini qazana bilirsiniz. Gün nüfuzlu şəxslərlə görüşlər üçün də münasibdir.

Hüquqi və maliyyə məsələlərini həll etmək olar. Bununla yanaşı, şəxsi məsələlərə də vaxt ayırmaq lazımdır. Öz arzularınızı bəyan etməkdən çəkinməyin. Bu, uğura doğru ilk addımınız olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR