• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səbuhi Rəhimlidən martın 17-nə olan astroloji proqnoz

  • Qoroskop
  • 17 Mart 2014 00:36
  • 1 919 Baxış
Səbuhi Rəhimlidən martın 17-nə olan astroloji proqnoz

QOÇ – Bayram ovqatlı gün olduğunu nəzərə alan ulduzlar günün əsas saatlarını istirahətə həsr etməyinizi məsləhət görür. Çox da uzaqda yerləşməyən ünvanlara qonaq getməyə də dəyər.

BUĞA - Uzaq səfərə çıxmaq bu gün yalnız sizin bürcdən olanlar üçün müvəffəqiyyətlidir. Bununla yanaşı, maliyyə məsələlərinin həllində və fəaliyyətdə də müəyyən irəliləyişlərə nail ola bilərsiniz.

ƏKİZLƏR - Novruz Bayramına qədər görəcəyiniz işləri yaxşı-yaxşı planlaşdırın. Çünki bu təqvimdə başınıza yeni ideyalar gələcək. Bununla yanaşı, səhhətinizi qorumağı da unutmamalısınız.

XƏRÇƏNG - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə ciddi məbləğdə borc verməyəsiniz. Əks təqdirdə həftə boyu problemləriniz səngiməyəcək. Axşama yaxın sevindirici xəbər eşidəcəksiniz.

ŞİR - Hər mənada uğurlu vaxtdır. Həm ailə-sevgi münasibətlərində, həm də məqsədlərə yetişmək istiqamətində uğurlarınız artacaq. Özünüzə güvənməklə çox zirvələri fəth edəcəksiniz.

QIZ - Böyük dəyişikliklər astanasındasınız. Daxili süstlüyünüz də səngiməkdədir. Elə addımlar atın ki, qarşınızda duran şanslardan bəhrələnəsiniz. Sevgidə də uğurlarınız labüddür.

TƏRƏZİ - İş yerində həmkarlarınızla mübahisələriniz gözlənilir. Bunu nəzərə alıb təmkin göstərin. Ən azı ona görə ki, əsəbləriniz qaydasında deyil. Sevginizə xələl gətirən hərəkətlərə son qoyun.

ƏQRƏB - Yeni əlaqələr yaratmaq üçün bütün gücünüzü axtarışlara həsr etməlisiniz. Bu gün sizə daha əzmkarlıq göstərmək məsləhətdir. Nahardan sonra varlanma ehtimalınız var.

OXATAN – Ümumi əhvalınızda yaranmış passivlik aradan qalxacaq. Odur ki, işlə bağlı planlarınızın həllini sürətləndirin ki, uğurlara yetişəsiniz. Yersiz mübahisələrdən əl çəkin.

OĞLAQ - Saat 14-ə qədər münaqişəli situasiyalara cəlb olunma ehtimalınız yarandığından həmin müddəti yalnız ev şəraitində keçirməlisiniz. Sonrakı ərəfəni isə xoş ovqatda başa vuracaqsınız.

SUTÖKƏN - Bütün vaxtınızı görüş və əyləncələrə həsr etsəniz, bu təqvimdən xeyli razı qalacaqsınız. İştirak etdiyiniz məkanlarda çalışın ki, daha çox sevdiyiniz adamlarla birgə olasınız.

BALIQLAR - Əsasən sənədləşdirmə və alış-veriş işi üçün uğurlarınız ola bilər. Saat 14-16 arası isə qazanc əldə etmək imkanınız yaranacaq. Şəxsi münasibətlər üçünsə gərgin gündür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR