Qoroskop
Astroloji proqnoz - 01 noyabr
Qoç - ünsiyyətdən qaçırsınız, əsəbisiniz, hətta həmfikirlərinizlə də ortaq nöqtəyə gələ bilmirsiniz. Yox yerdən narazılıqlar yaranır və saatlar keçdikcə böyüyür, ciddiləşir. Səhərçağı hansısa razılığa gəlmək mümkündür, günün ikinci yarısı isə təmasları, ünsiyyəti minimuma endirməyə çalışın.
Şəxsi həyatınızda gözlənilməz dəyişikliklər mümkündür. Bəzi xəbərlər planlarınızı ciddi surətdə dəyişməyə vadar edəcək. İnadcıllıq etməyin: bu gün alternativ çıxış yolu aramaq əvəzinə gücünüzü lazım olmayan yerə sərf etməyə meyllisiniz. Bu gün çiçək almanız faydalı olacaq, həm otaqlarınızı, həm də bağçanızı bəzəyin.
Buğa - tamamilə aydındır ki, uzun bir zamanı
fantaziya adlanan gözəl bir ölkədə keçirmisiniz. İndi də sanki sizi
oradan deportasiya ediblər və real aləmin çatışmazlıqları ilə
barışmalısınız. Üstəlik, bunlar sizə bu gün daha cansıxıcı görünür.
Elə də asan deyil, təbii ki.
Öz çətinliklərinizi hamı ilə bölüşməyə hazırsınız, amma kimsə bu
yükü daşımaq istəmir. Kədərlənməyin, yaradıcılığa vaxt ayırın.
Yaxşı şeir yaza, yaxud gözəl rəsm əsəri yarada bilərsiniz.
Əkizlər - uğurlu, yeni imkanlar və qeyri-adi
təsadüflərlə dolu gündür. Həyatınız göz önündə dəyişir və
dəyişikliklərin mahiyyəti məhz sizdən asılıdır. Yeni kəşflər edə
bilərsiniz. Uzaqdan aldığınız xəbərlər xoş olacaq. Öz istedadınıza
layiqli tətbiq sahəsi tapacaq, nəyə qadir olduğunuzu
göstərəcəksiniz.
Səhhətinizdən şikayətiniz olmayacaq, əhvalınız isə aktiv istirahət
sayəsində daha da yüksələ bilər. Evdə qalmalı olsanız, dərd
eləməyin, maraqlı bir işlə başınızı qatın, məsələn, təmirə başlaya
bilərsiniz.
Xərçəng - gizlənin, kimsənin gözünə görünməyin.
Kim sizi görsə, istər-istəməz bir pislik etmək fikrinə düşəcək. Nə
etməli, bu gün də belə gətirib. Pul xərcləmək, iri əşyalar almaq
məsləhət deyil. Diqqətsizlik və laqeydlik ucbatından maliyyə
itkiləri mümkündür.
Emosional fon qeyri-sabitdir. Gah şən və həyatsevərsiniz, gah da
depressiyaya düşürsünüz. Sizinlə dil tapmaq çətindir: yaxınlarınız
sizi anlamağa çalışacaq, amma tez təslim olacaqlar. Heyvanlar sizi
çətinlikdən çıxarar. İmkan varsa, at belində gəzintiyə çıxın,
qucağınıza pişik alın, akvariumda balıqları seyr edin - əhvalınız
yaxşılaşacaq.
Şir - mürəkkəb danışıqların aparılması üçün
münasib gündür. Özünüzə tərəfdaş kimi görmək istədiyiniz rəqibiniz
varsa, bu gün onunla mütləq söhbət etməyə çalışın. Bu şansdan şəxsi
məqsədləriniz üçün də istifadə edə bilərsiniz: xoşunuza gələn biri
çox əlçatmazdır? Bu gün onu görüşə çağırın.
Pul kisənizə diqqət yetirin. Rastınıza çıxan əşyaları gözəlliyinə
aldanıb almayın, çox tezliklə onlar əhəmiyyətini itirəcək. Günün
ikinci yarısı səhhətiniz pisləşə bilər.
Qız - uğurlu gündür. Xoş sürprizlər gözləyin.
Bəxtinizə inanın: məhz onun sayəsində bir sıra çətin vəziyyətdən
asanlıqla çıxa biləcəksiniz. Həmkarlarınızla münasibətləriniz
düzəlir, rəhbərliyin və yaxud başqa nüfuzlu bir şəxsin dəstəyini
alacaqsınız.
Şəxsi həyatınızda bəzi problemləri aradan qaldıra bilərsiniz.
Məsələn, qırıldığı üçün peşmanlıq çəkdiyiniz əlaqələri bərpa edə
bilərsiniz. Təşəbbüs göstərməkdən çəkinməyin.
Tərəzi - darıxdırıcı, boz gündür. Şücaət
göstərmək, macəralara qoşulmaq, heç olmasa şəraiti dəyişmək
arzusundasınız. Amma heyhat: olduğunuz yerdə qalmalı, gördüyünüz
işi davam etdirməli və həyatınızda heç nəyin baş vermədiyini
düşünməklə vaxt keçirməli olacaqsınız.
Çox hissiyyatlı Qoçlar bu duruma həddən artıq kəskin reaksiya
verirlər: səs-küy salır, ətrafdakılarla mübahisə edir, ailə üzvləri
və rəhbərliklə münasibətləri aydınlaşdırırlar. Münaqişədən qaçmağa
yalnız sizin cazibədarlığınız kömək edir.
Əqrəb - adi günlərdən biridir, elə ən yaxşı
cəhəti də sakitliyidir. Bu ərəfədə başladığınız işləri yekunlaşdıra
bilərsiniz, kimsə sizi işinizdən ayıraraq diqqətinizi
yayındırmayacaq. Alış-veriş edə bilərsiniz, amma daha yaxşı olar
ki, pulları biznesə, yaxud da şəxsi təhsilinizə xərcləyəsiniz.
Ziyafətlərə dəvət alsanız, imtina etməyin. Bu gün adam arasına
çıxmaq, tanışlıqlar qurmaq sizin üçün faydalıdır. Ancaq başınızı
itirməyin: romantik macəra təkcə sevinc gətirməyəcək...
Oxatan - uğur bu gün sizinlədir. Qarşınıza yeni
məqsədlər qoyun, onları mütləq əldə edəcəksiniz, heç şübhəniz
olmasın. Tərəfdaş və köməkçi tapmaq problem deyil. Onlar böyük
həvəs və entuziazmla sizin göstərişlərinizi yerinə yetirəcəklər.
Başqalarının məsuliyyətini boynunuza götürməli olacaqsınız, amma
görünür, bu sizi elə də narahat etmir.
Yaxınlarınızla asan dil tapırsınız, dostlarınız və
valideynlərinizlə fikir ayrılıqları gözlənilmir. Səfərlər
mümkündür. Bunlar xoş keçəcək. Hədiyyə ala bilərsiniz. Bunlardan
biri isə sizi təəccübləndirə bilər.
Oğlaq - işlər o qədər də rəvan getmir. Xeyli
mürəkkəb, birmənalı olmayan situasiyalar yaranır və onlardan çıxış
yolunu tapmaq o qədər də asan olmur. Yalnız öz gücünüzə güvənməli
olursunuz, bu isə vəziyyəti bir qədər də qəlizləşdirir. Hətta bu
gün aldığınız məsləhətlərin də əksəriyyəti yararsız, hətta
dağıdıcıdır.
Maliyyə işlərində ehtiyatlı olun. Qədərindən artıq xərcləməyə
meyllisiniz. Bəzi Əkizlər şəxsi xarakterli çox çətin seçim
qarşısında qalacaqlar. Məntiqi düşünməyə çalışın, tək intuisiyanıza
arxalanmayın.
Dolça - uğursuzluq nə qədər çoxalırsa, siz də
bir o qədər şansınıza güvənirsiniz. Yalnız öz gücünə güvənən,
zəhmət çəkməyə hazır olan Dolçalar yaxşı nailiyyətlər əldə
edəcəklər. Ətrafınızdakılara yardım etməyə, onları ardınızca
aparmağa hazır olun.
Parlaq emosiyalar, yaddaqalan hadisələr axtarışındasınız, amma
şəxsi həyatınızda, təəssüf ki, bir süstlük yaşanır. Sabitliyin də
öz üstünlüyü var, ən azından, gələcək planlarınızı götür-qoy edə
bilərsiniz. Enerjiniz çoxdur, işlərdən çəkinməyin.
Balıqlar - etiraf edin ki, imkanlarınız
hüdudsuz deyil. Əgər bunu qəbul etsəniz, bir çox gərəksiz işlərdən,
əziyyətlərdən yaxa qurtara bilərsiniz. Əksinə, inad göstərsəniz,
həm vaxtınızı, həm də gücünüzü itirəcəksiniz. Nəticəyə nəzər
salmağınız da pis olmaz - bunumu istəyirdiniz, yaxud əldə
etdiyinizə bu qədərmi ehtiyacınız vardı?
Tərəfdaşlarınızı və həmfikirlərinizi itirirsiniz. Şəxsi
münasibətlərinizdə də bu tendensiya davam edəcək: bəzi əlaqələriniz
sizdən asılı olmayan səbəblərə görə dağıla bilər. Özünüzü
günahlandırmayın. Olanları sakit analiz etmək indi çətindir, amma
sonra bu vəziyyətə yenidən qayıdın, hər şey yerinə oturacaq.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ