• USD 1,7000 0,00% EUR 2,0001 -0,08%
    • GBP 2,2810 +0,02% RUB 0,0277 +0,36%

Ekstrasens: "Ağdaş sakinləri ehtiyatlı olsunlar: Onlar çox qorxulu məxluqlardır!"

  • Qoroskop
  • 6 Avqust 2016 12:29
  • 2 322 Baxış
Ekstrasens: "Ağdaş sakinləri ehtiyatlı olsunlar: Onlar çox qorxulu məxluqlardır!"

Tanınmış ekstrasens Aqil Məhərrəmov son hadisələrlə bağlı müsahibə verib. Publika.az həmin müsahibəni təqdim edir:

-Deyirlər fala inanma, faldan da qalma. Çoxdur bizdə belələri ?
- Hə, yaxşı misaldı, hər kəs də əməl edir. İnanan da gəlir, inanmayan da... Amma inanmayan gəlib, inanıb gedir.

-Yaxşı inanmayanlar niyə gəlir?
- Marağa və ya darxır, bekarçılıqdan ... Deyir gedim görüm nə deyər.

-Müsahibələrinizin birində demişdiniz ki, müsəlman ölkələrində ekstrasenslərə işləmək, inam yaratmaq çətindi. Bəs sizlər nə etməlisiniz ki, inam yarda biləsiniz, insanlar sizi ciddi qəbul etsinlər?
-Bizə inanmamaqda səbəb müsəlman ölkələrində dinin daha çox təbliğidir. Bizdə ad qoyma mərasimindən başlayaraq, qulağa ad çağırmaq, sünnət və s. bu kimi mərasimlərlə dinə bağlanırıq. Biz möcüzə eləsək belə yenə inanmayan inanmayacaq, deyəcək təsadüfdir. Bu gün Allahın o qədər möcüzəsi var ki, amma bəziləri deyir ki, bəlkə bunu elə insan edib. Anlamır ki, Allahın yaratdığıdır, Allahın möcüzəsidir.

- Bəs ekstrasens nə möcüzə yarada bilər ki?
-Ekstrans elə magiya edə bilər ki, hava dəyişsin. Yağış yağırsa, 3 dəqiqə sonra gün çıxsın. İnsanın həyatında nəyisə dəyişiriksə, uğursuzluğunu aradan qaldırıb, onu xoşbəxt ediriksə , istədikləri olursa artıq bunlar da möcüzədir. Həmin insanın möcüzəsidir sadəcə ...

-Səhv etmirəmsə siz xristian magiyası ilə məşğul olursunuz. Müsəlman və xristian magiyası arasında fərq nədədir?
-Bəli, xristian magiyası ilə məşğul oluram. Xristian magiyası daha güclü, daha tez efektlidir. Xristian magiyasını yalnız xristianlar və bu işi dərin bilənlər təzmizləyə bilər. Müsəlman magiyasını isə hər kəs təmizləyə bilər. Xristianlarda din daha zəif olduğu üçün magiya daha güclü olur.

-Xristian magiyası ilə işləməyin daha asan yolu nədədir?
Qəbirstanlıqla işləmək ... amma müsəlmaçılıqda gecə qəbirstanlığa getmək, qəbir qazmaq, ruhları narahat etmək günah sayılır.

-Qəbir qazırsınız?
(gülürük-red) Yox, amma, meyitin baş nahiyəsində və sağ ayağının altında cadu basdırırlar, əməl edirlər. Qohumluq əlaqələri olmalıdır ki, həmin ailə üzvlərinə cadu tez təsir etsin. Həmin cadu adətən uğursuzluq, həmin ailənin dağılması və ya ailə üzvlərinin bir-bir xəstələnib ölməsi üçün edilir. Bəzən qəbirstanlıqdan torpaq götürüb, həmin ailənin qaldığı həyətə tökürlər. Bəzən insanlar həkimə gedirlər heç bir xəstəlik çıxmır. Bu zaman ekstrasensə müraciət edirlər. Və hər şey məlum olur.

Məsələn qəbirstanlıqdan gətirilən qumu insanın yeməyinə tökürlər. Bəzən də ölünün bədəni yuyandan sonra, suyunu saxlayırlar. Həmən suyu qapıya tökürlər. Bir də ölü yuyanda istifadə olunan sabun var ki, onu da gətirib qapıya atıb, müəyyən rituallar oxunsa həmin adam üçün demək ki, təhlükə var. İlk növbədə həmin adamın saçı tökülür. Daha sonra isə insan yavaş-yavaş əriyib məhv ola bilir.

- Bu yaxınlarda qonşumuzun həyətində torpağa basdırılmış yumurta tapılıb. Bir baxıcı deyib ki, ikinci yumurta tapılsa, gəlin evdən çıxıb gedəcək. Belə də olub. İndi bu təsadüfdür yoxsa, həqiqətən belə şeylər var?


-Yumurta ölüm cadusu üçündür. Qara toyuğun yumurtasından olunan cadu bir başa ölüm deməkdir. Bəlkə də, insan özünü ona inandırıb və nəticə doğru çıxıb.

- Cadunu təmizləmək nə vaxt çətin olur?
- Artan ayda daha çətindir.

-Demişdiz ki, ruhlarla işləyirsiz. Ruhlarla işləməyiniz ekstra gücünüzün artmasına kömək edir?
- Əlbəttə, onların sayı bir, iki deyil, çoxdular.

- Yuxularınız digər insanların yuxusundan fərqlənir?
- Çox az halda yuxu görürəm. Tam yatıb, yuxu görürürəmsə bu adi yuxudur. Bir də var ki, yarı yatmış, yarı oyaq vəziyyətdə nə isə görürəmsə, o mütləq real olur. Sonuncu dəfə yaxın bir insanla dava düşəcəyini görmüşdüm reallaşdı.

- Hansısa güclü cadunu təmizlədikdən sonra necə dincəlirsiniz ?
- Noyabr ayından bu yana dincəlmirəm. Artıq hiss edirəm ki, sağlamlığımla bağlı problemlər yaranır. Amma 2-3 aydan bir qəbirstanlığa gedib neqtiv enerjini atıb, sonra yaşıllıq harasa gedib pozitivə köklənmək lazımdır. Və ya çox insan olan məkana daxil olub, yüksək enerji alıram.

- Bəzən amma elə məkanlar olur ki, çox insan olan yerə daxil olursan sanki bir dəqiqə içində bütün enerjin tükənir. İnsan özünü pis hiss etməyə başlayır.
-Elə də olur. Onlara "ölü yerlər" deyilir. Energetika olmur, mənfi auralı insanlar çox olur.

-"Bitva ekstrasensov" və "Ekstra hiss" layihələri ... Nə deyir bu adlar sizə?
-Hər ikisində iştirak etmişəm. Fərqli layihələrdir. "Ekstra hiss "də ciddi şərtlər, yaxşı şərait yox idi. "Bitva ekstrasensov" daha yaxşı təşkil olunmuşdu, daha güclü yarışma idi. Həm oranın və buranın qalibləri tamamilə fərqli insanlar idi. (gülür-red)

- Bu işlə məşğul olmasaydınız nə işlə məşğul olardınız?
-Bizneslə. Məndən yaxşı millət vəkili, diplomat, səfir olardı .

-Daimi sizi qoruyan ruh var?
-Ruh yox ruhlar. 40-dan çoxdur... Ona görə mənə heç kim bata bilmir.

- Dini qurumlarla iş üzrə dövlət komitəsinin falçılıqla bağlı qadağasına necə baxırsınız?
-Falçılıqla bağlı qadağasına əla baxıram. Amma ekstrasenslərə şamil edilməsə daha yaxşı olar. Amma araşdırmaq lazımdır ki, biz falçılıqla məşğul deyilik, aramızdakı fərq böyükdür. Çox yaxşı olardı ki, həmin qurum sınaq keçirərdi ki, kim bu işlə hansı dərəcədə professional məşğul olur. Sınaqdan keçənlərə diplom verilərdi və maneçilik edilməzdi.

-Çox baxdıranda insanın taleyi bağlanır?
-Yox. Amma mənasız bir şeydir. İnsanlar ekstrasensə yalnız böyük problemləri zaman müraciət edə bilərlər. Boş-boş şeyə görə olmaz.

-Sizin yanınıza olur boş-boş şeyə görə gələnlər?
-50-60 faiz insan ...Amma məcburam kömək edim, problemlərini həll edim. Çünki onlar üçün o problemlər mümkünsüz olur. Məsələn, cavan qəşəng qız gəlir, deyir ərə getmək istəyirəm, amma gedə bilmirəm. Yolunu açıram buyur get. Amma bu problem deyil axı ... Ailə qurmaq üçün ağıl lazımdır, bir il tez, bir il gec onsuzda o qız ailə quracaqdı.

-Sevgi magiyası var?
-Var. İki insanın bir –birinə sevgisi və ya iki insan bir-biri ilə cinsi əlaqədə olubsa bu zaman sevgi magiyası etmək mümkündür.

- Bir müddətdir Ağdaşın Qoşaqovaq kəndində qəribə hadisə baş verir. Əslində nə baş verir ?
-Ağdaşda baş verən hadisə ola bilər hansısa meşənin, tarixi abidənin məhv edilməsi ilə bağlıdır. Elə ruhlar var ki, meşəni rayonu abidəni qoruyurlar. Onlar qoruyucu ruhlar adlanır. Əgər düşündüyümdüsə, o zaman Ağdaş sakinləri ehtiyatlı olsunlar. Onlar çox qorxulu məxluqlardır.

-Onlar insana xəta verə bilər?
-Bəli, ola bilər, ona görə də onlara toxunmaq olmaz

-Sonuncu dəfə nə vaxt transa girmisiniz və nə görmüsünüz?
-Maraqlı sualdır. Sonuncu dəfə bu gün transa girmişəm və bir qızın on aydır oğlan tərəfindən aldadıldığını görmüşəm.

big.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>