Qoroskop
Səbuhi Rəhimlidən mayın 14-nə olan astroloji proqnoz
QOÇ – İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.
BUĞA – Paxıl və bədxah adamların müdaxilələrinə fikir verməyin. Həqiqətə yaxın olan arzularla yaşayın. Bürcünüzün "hakimiyyətdə" olduğu bu gözəl gündə enerjinizi boş şeylərə görə itirməyin.
ƏKİZLƏR - Saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməyə çalışın.
XƏRÇƏNG – Giley-güzara, kimi gəldi ittiham etməyə vaxt itirməkdənsə, reallığı nəzərə alın. Özünüzə tənqidi yanaşın. Bunu bacardığınız təqdirdə nahardan sonra ruhi rahatlıq hiss edəcəksiniz.
ŞİR – Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.
QIZ - Bu gün ulduzlar məclislərdə iştirakınızdan xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Səhhətinizə fikir verin.
TƏRƏZİ - Gərgin vaxt olsa da, “məsləhətli don gen olar” deyiblər, inandığınız insanların tövsiyələrinə riayət etməklə, sıxıntılarınızı dəf edə bilərsiniz. Başladığınız bütün işlərin məsuliyyətini anlamağa çalışın.
ƏQRƏB - Həftənin bu enerjili günündə yalnız işgüzarlığınızı artırmalısınız. Yeni işlərə başlamaq haqqında sövdələşmələr aparın. Çünki bu addım böyük perspektivlərdən xəbər verir.
OXATAN - Proseslərin inkişafı mənfi istiqamətdə cərəyan edə bilər. Bu səbəbdən bəzi məsələlərdə ehtiyatlı olmalısınız. Günortadan sonra nüfuzlu və etibarlı adamlarla görüşməyiniz vacibdir.
OĞLAQ - İxtiyarınızda olan bu gözəl gün hamıdan çox sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.
SUTÖKƏN - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.
BALIQLAR - Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq