Qoroskop
Astroloji proqnoz - 17 iyul
QOÇ - Səhər saat 09:06-dan mənfi enerjili Ay bürcünüzdə olsa da, aktivliyinizi artırmalısınız. Bunun öhdəsindən gəlsəniz, ulduzlar yardımçınız olacaq. Sənədləşdirmə işlərinə diqqət yetirin.
BUĞA - Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Uzaq səfərlərdən imtina edin.
ƏKİZLƏR - Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olsa da, ailə-sevgi zəminində yeni mərhələyə qədəm qoyacaqsınız. Odur ki, bərk durun!
XƏRÇƏNG - Bu təqvimdə bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Hansısa ciddi və riskli işlərə qol qoymamalısınız. Bu günün işini sabaha saxlamayın. Qərarlarınızda qəti olun.
ŞİR - Saat 14-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracağınız ehtimal olunur. Göy qübbəsi ürəyinizi sevgisiz qoymamağı tövsiyə edir.
QIZ - Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hər hansı məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.
TƏRƏZİ - Bu tarix şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün böyük əhəmiyyət kəsb edəcək. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıqucu gələn bütün yollara baş vurun.
ƏQRƏB - Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Hər hansı qanqaraçılıq və ya məyusluq ehtimalı yoxdur. Ailə zəminində isə hər şey ürəyinizcə olacaq.
OXATAN - Bu gün yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaqlar. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.
OĞLAQ - Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Mistik düşüncələrdən uzaq olun.
SUTÖKƏN – Əgər ixtiyarınızda olan bu ərəfədən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik məqamlar bəxş edəcək. Bəxtinizdə pul da var.
BALIQLAR - Həddindən ziyadə uğurlu ərəfədir. Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Yaşca sizdən böyük olanlara qulaq asın!
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."