Qoroskop
Astroloji proqnoz - 8 avqust
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Görəcəyiniz işlər barədə hər kəsə məlumat verməyin. Əks təqdirdə bu amil özünüzə qarşı silaha çevriləcək. Yalnız ədalətli addımlar atın. Təcrübəli insanların məsləhətini eşidin.
BUĞA - Yaxşı olar ki, bu təqvimdə hər hansı riskə getməyəsiniz. Onsuz da bunun müsbət nəticəsi olmayacaq. Kənar məsləhətlərə qulaq asın. Vaxtınız olsa, qohumlarınıza baş çəkin.
ƏKİZLƏR - Ümumi çalarlarına görə kifayət qədər uğurlu təqvimdir. Bir tərəfdən sevindirici xəbərlər eşitməyiniz, digər tərəfdənsə şəxsi büdcənizdə müəyyən artımlar ovqatınızı xoş edəcək.
XƏRÇƏNG - Yaxşı olar ki, tərəddüd etdiyiniz bütün planları təxirə salasınız. Çünki ulduzlar əmin olmadığınız məsələlərə baş vurmağı məsləhət görmür. Əsas vaxtınızı fəaliyyətə yönəldin.
ŞİR - Günün birinci yarısı müəyyən qədər gərgin keçə bilər. Sonrakı müddətdə isə qarşınıza qoyduğunuz məsələlərdə bəxtiniz gətirəcək. Qazanmaq və qonaq getmək üçün də münasib vaxtdır.
QIZ - Öhdənizə düşən işlərin çoxluğu sizi yora bilər. Bu səbəbdən qarşınızda duran vəzifələri konkretləşdirməlisiniz. Havaların dəyişkənliyi səhhətinizə mənfi təsir göstərməsin deyə, qorunun.
TƏRƏZİ - Bəxtinizdə mübahisəli bir gün dursa da, büdcənizi artırmaq üçün gözəl imkanlar qazanacaqsınız. İradənizə zidd addımlar atmayın. Hansısa məqsədinizə tərs olmaqla yetişməyə çalışmayın.
ƏQRƏB - Ürəyinizə yaxın olan adamlarla rastlaşacağınıza şübhə etməyin. Eyni zamanda buna özünüz də cəhd edin. Əmin olun ki, bu, rahatlığınızı təmin edəcək. Kasıbçılığı dərd kimi qavramayın.
OXATAN - Avqustun ən uğurlu günlərindən birini yaşayacaqsınız. Perspektivli sövdələşmələrdə iştirak etmək üçün olduqca ideal vaxtdır. Axşama yaxın təzə xəbərlər eşitmək ehtimalınız da var.
OĞLAQ - Fəaliyyətlə bağlı ciddi problemlərlə rastlaşa bilərsiniz. Bu səbəbdən məsləhət görülməyən adamlarla ciddi müzakirələrə girişməyin. Nəzərə alın ki, səhər saat 09:58-dən sonra Ay bürcünüzə daxil olur.
SUTÖKƏN - Ürəyiniz istəməyən adamlarla ünsiyyətdən uzaqlaşın. Əgər müsahibiniz sizi başa düşmürsə, özünüzü yormağa nə lüzum?! Nahardan sonra işgüzar sövdələşmələrdə iştirak edin.
BALIQLAR - Yorulmaq bilmədən çalışmalısınız. Çünki indiki dar məqamda hər şey çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Ulduzlar şəxsi həyatınızda böyük dönüşün yaxınlaşdığını göstərir.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi