Qoroskop
Astroloji proqnoz - 24 noyabr
QOÇ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə ciddi məbləğdə pul xərcləməyəsiniz. Əks təqdirdə ayın sonuna qədər problemləriniz olacaq. Nəzərə alın ki, tarixi seçim ərəfəsindəsiniz.
BUĞA - Yeni əlaqələr yaratmaq üçün bütün gücünüzü axtarışlara həsr etməlisiniz. Bu gün sizə daha da əzmkarlıq göstərmək məsləhətdir. Nahardan sonra maraqlı görüşləriniz olacaq.
ƏKİZLƏR - Ümumi əhvalınızda aktivlik baş qaldırdığından neytral mövqedə dayanmamalısınız. İşlə bağlı planlarınızın həllini sürətləndirin. Nahar ərəfəsində sürprizlə rastlaşacaqsınız.
XƏRÇƏNG - Saat 16-ya qədər bütün planlarınızı reallaşdırmağa çalışın. Qərarlarınızda obyektiv olun ki, nəticədə udasınız. Axşam saatlarında qəlbinizə yaxın insanlarla bir araya gəlin.
ŞİR - Ailədaxili problemləriniz qabara bilər. Bunun qarşısını almaq üçün qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Sevgiyə xələl gətirən bütün neqativ hərəkətlərə son qoyun.
QIZ - Yalnız sənədləşdirmə və alış-veriş işi üçün uğurlarınız ola bilər. Saat 14-16 arası isə qazanc əldə etmək imkanınız yaranacaq. Şəxsi münasibətlər üçünsə gərgin gündür.
TƏRƏZİ - Saat 14-ə qədər münaqişəli situasiyalara cəlb olunma ehtimalınız yarandığından həmin müddəti yalnız ev şəraitində keçirməlisiniz. Sonrakı ərəfəni isə xoş ovqatda başa vuracaqsınız.
ƏQRƏB - Ümumi yorğunluğunuzu nəzərə alan ulduzlar günün əsas vaxtını istirahətə həsr etməyinizi məsləhət görür. Çox da uzaqda yerləşməyən ünvanlara qonaq getməyə də dəyər.
OXATAN - Böyük dəyişikliklər astanasındasınız. Daxili süstlüyünüz də səngiməkdədir. Elə addımlar atın ki, qarşınızdakı şanslardan bəhrələnin. Fəaliyyətdə uğurlarınız yaxınlaşmaqdadır.
OĞLAQ – Bugünkü astroloji mənzərə yalnız sizin Zodiakdan olanlar üçün uğurlu səfərlər vəd edir. Bununla yanaşı maliyyə məsələlərinin həllində də müəyyən irəliləyişlərə nail ola bilərsiniz.
SUTÖKƏN - Bütün vaxtınızı görüş və əyləncələrə həsr etsəniz, bu təqvimdən xeyli razı qalacaqsınız. İştirak etdiyiniz məkanlarda çalışın ki, daha çox sevdiyiniz adamlarla birgə olasınız.
BALIQLAR - Hər mənada uğurlu gündür. İstər ailə-sevgi münasibətlərində, istərsə də məqsədlərə yetişmək istiqamətində uğurlarınız artacaq. Özünüzə güvənməklə çox zirvələri fəth edəcəksiniz.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər