Qoroskop
Astroloji proqnoz - 10 fevral
QOÇ - İstənilən riskdən uzaq olun, təhlükəlidir. Buna baxmayaraq, ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Hətta sürpriz də gözlənilir.
BUĞA – Naharaqədərki vaxtı səbrlə başa vursanız, qalan saatlardan xoşagəlməzlik gözləməyin. Çünki ulduzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün əzmkarlığınızı artırmalısınız.
ƏKİZLƏR – Ümumi kosmik mənzərə kifayət qədər səmərəlidir. Deməli, bütün vacib planlarınızı yavaş-yavaş həyata keçirməyə başlamalısınız. Amma axşam saatlarında maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun.
XƏRÇƏNG - İlk növbədə səhhətinizə qayğı göstərin. Çünki yalnız sağlam bədəndə sağlam ruh olur. Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Səfərə çıxmayın.
ŞİR - İlahinin verdiyi hər məqama şükür edin, bədgüman olmayın. Çünki bu gün sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində və fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.
QIZ – Ulduzlar gün boyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Hətta ürəyiniz sevgisizdirsə, bəxtiniz açıla da bilər. Bu gün səfərə çıxmayın.
TƏRƏZİ – Saat 14-17 arası iştirakçısı olduğunuz situasiyaların əksəriyyəti gərgin fonla müşayiət olunduğundan bütün ciddi işlərinizi təxirə salmağa çalışın. Qalan saatlar normal tərzdə cərəyan edəcək.
ƏQRƏB – Saat 12:04-dən mənfi enerjili Ayın bürcünüzdə qərar tutması onsuz da bədbin olan ovqatınıza bir az da mənfi təsir göstərə bilər. Bu səbəbdən müqəddəs ziyarətgahlarımıza baş çəkməyiniz yaxşı olar.
OXATAN - Bir qədər gərgin ərəfə olsa da, proseslərə neytral yanaşmaqla təhlükələri dəf edə bilərsiniz. Saat 16-18 aralığında istənilən riskli sövdələşmələrdən, köhnə qisasçılıq prinsiplərindən əl çəkin.
OĞLAQ - Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün "ən varlı" Zodiak işarəsi də məhz siz olacaqsınız.
SUTÖKƏN – Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki günün elə ilk saatlarından bu istiqamətdə uğurlarınız bol olacaq. Əsas enerjinizi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.
BALIQLAR - Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, saat 16-ya qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Sonra isə diqqətli olun.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO