Qoroskop
Astroloji proqnoz - 13 fevral
QOÇ - Ulduzlar bir an da boş oturmamağı məsləhət görür. Mühüm sirlərinizi başqalarına açmayın ki, sonra sizə əngəl yaratmasınlar. Bu füsunkar təqvimin bütün öhdəliklərinə doğru qətiyyətlə irəliləyin.
BUĞA - Qarşınızda romantik bir gün durur. Bu səbəbdən də fəaliyyətə ara verib ürəyinizə yaxın insanlarla bir yerdə olun. Ailə-sevgi münasibətlərində təşəbbüskarlığı ələ alın.
ƏKİZLƏR - Səhhətinizdə və ovqatınızda neqativ halların baş qaldırması fəaliyyətinizdə xoşagəlməzlik yarada bilər. Bu səbəbdən istirahət etmək və ya səfərə çıxmaq sizi sakitləşdirə bilər.
XƏRÇƏNG - Planetlərin bürcünüzdəki neqativ quruluşu müəyyən vaxt ərzində riskdən və gizli sövdələşmələrdən uzaq olmağınızı tövsiyə edir. Olduqca ehtiyatlılıq göstərməli, müdafiəni gücləndirməlisiniz.
ŞİR - Fiziki işlərlə olmasa da, zehni və mənəvi məsələlərdə ulduzlar yardımçınız olacaq. Perspektivli müzakirələr, yeni tanışlıqlar üçün şanslarınız artacaq. Dinə zidd hərəkətlərə yol verməyin.
QIZ - Ardıcıl səhvlərə son qoymaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanın. Çətin mərhələlərdə təcrübəli adamlarla məsləhətləşin. Əsas diqqəti isə ailə və sevgiyə yönəldin.
TƏRƏZİ - Bütün vacib işlərinizi nahara qədər həyata keçirin ki, sonrakı müddətdə mənəvi duyğulara qapıla biləsiniz. Doğmalarınızla münasibətlərdə sülhpərvər mövqeyə sahib olun.
ƏQRƏB - Günün ümumi mənzərəsindən narazı qalmayacaqsınız. Amma gərək bəzi problemlərə görə, yalnız başqalarını deyil, özünüzü də günahlandırasınız. Savab işlərinizin sayını artırın.
OXATAN - Baxmayaraq ki dünəndən mənfi enerjili Ay bürcünüzdə qərar tutub, ötən günlərdən başladığınız əksər işləri uğurla davam etdirə biləcəksiniz. Hər hansı mübahisəyə isə yol verməyin.
OĞLAQ - Qarşınızda ziddiyyətli məqamlar dursa da, iştirakçısı olduğunuz situasiyanı mövqeyinizə uyğunlaşdırmağı bacaracaqsınız. Bu baxımdan bəzi məsləhətləşmələr səmərəli ola bilər.
SUTÖKƏN - Peşənizlə bağlı işlərdə passivlik gözlənildiyindən enerjinizi münasibətlər istiqamətinə yönəldin. Araları soyuyan insanları barışıdırın. Axşama doğru hər mənada ehtiyatlı olun.
BALIQLAR - Bu vaxta qədər nail ola bilmədiyiniz bəzi planları aktiv müstəviyə çıxarmaq üçün şanslar yaranacaq. Bəzi dostların da deyilən məsələdə sizə köməyi dəyəcək. Büdcənizdə dönüş də mümkündür.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO