AVCİYA: “Referendum seçki qanunvericiliyinə uyğun və ədalətli keçirilib”
Bizi izləyin

Rəsmi xronika

AVCİYA: “Referendum seçki qanunvericiliyinə uyğun və ədalətli keçirilib”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası (AVCİYA) referendumla bağlı müşahidənin nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlı 3 min müşahidəçi ilə 65 seçki dairəsində monitorinq təşkil edildiyini bildirib: “Referendum günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə AVCİYA seçki qərargahındakı operatorlar tərəfindən toplanılıb və ictimaiyyətə təqdim edilib”.

M.Zülfüqarlı qeyd edib ki, referendum günü qeydə alınmış bəzi texniki çatışmazlıqlar çox az sayda məntəqələri əhatə etdiyindən referendumun nəticələrinə təsir etmək gücündə olmayıb.

“Referendum seçki qanunvericiliyinə uyğun olaraq şəffaf və ədalətli keçirilib. Regionlara gəlincə, xüsusilə Zaqatala, Gəncə, Quba, Şirvanda seçici aktivliyi müşahidə edilib. Qarabağ bölgəsində isə daha çox kişilər səsvermədə iştirak edib. Bu isə regionun xarakterinə bağlı məsələdir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm