Rəsmi xronika
Avropa Ittifaqinın müşahidə qrupu: Məntəqələrdə seçici aktivliyi yüksək idi
Avropa Ittifaqi Regional Komitə üzvlərindən ibarət müşahidə qrupunun referendumla bağlı bəyanatı:
Avropa İttifaqı Regional Komitəsinin 4 üzvündən ibarət müşahidə qrupu Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumunu müşahidə etmək üçün Azərbaycana səfər etdi və səsvermə günü səsvermə prosesini izlədi.
Müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusion dəyişikliklərin məzmununu və legitimliyini araşdırdı, ümumxalq səsverməsi günü, 26 sentyabrda, 10 dairənin 2 məntəqəsində səsvermə prosesini izlədi.
Müşahidə qrupu araşdırmalar və müşahidələr əsasında aşağıdakı nəticələrə gəldi:
– Referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib.
– Referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir.
– Müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi oldular.
– Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi.
– Məntəqələrdə seçici aktivliyi yüksək idi, səsvermə prosesi dinc şəraitdə həyata keçdi.
– Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarının və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradəsini ifadə etdilər.
– Səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılmasını izlədilər və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini də izləməyə maneçilik törədilmədiyinin şahidi oldular.
Beləliklə, belə bir nəticəyə gəlirik ki, Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumu legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir.
AI Regional Komitə üzvlərindən ibarət müşahidə qrupunun üzvləri
Pauliina Haijanen - Finlandiya
Müürsepp Kurmet - Estoniya
Sukles Urmas - Estoniya
Dainis Turlais - Latviya
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."