İlham Əliyev İsrail səfirliyinə getdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev İsrail səfirliyinə getdi

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Azətbaycandakı səfirliyində olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da İsrail Dövlətinin ölkəmizdəki səfirliyində olub.

Dövlətimizin başçısı İsrailin keçmiş Prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Ş.Peres sentyabrın 28-də səhər saatlarında Təl-Əviv yaxınlığındakı "Təl ha-Şomer" xəstəxanasında, 94 yaşında dünyasını dəyişib. O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm