İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib

"Terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik"

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulda törədilən partlayışla bağlı başsağlığı verib.

Publika.az xəbər verir ki, dövlət başçısı İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu terror aktını lənətləyir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik: “Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət eləsin!”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm