İlham Əliyev Bolqarıstan prezidentinə məktub göndərdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Bolqarıstan prezidentinə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə təbrik məktubu göndərib.

Publika.az-ın xəbərinə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

İnanıram ki, Azərbaycan-Bolqarıstan dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli və ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm