Güləşdə 2-ci qızıl: Mehriban Əliyeva medalları təqdim etdi (YENİLƏNDİ) - - FOTOLAR
Bizi izləyin

Rəsmi xronika

Güləşdə 2-ci qızıl: Mehriban Əliyeva medalları təqdim etdi (YENİLƏNDİ) - - FOTOLAR

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Nurməhəmməd Hacıyev qızıl medal qazanıb.

97 kq çəki dərəcəsində yer alan Hacıyev finalda iranlı Amir Mohammadini yenib - 9:2.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 2 qızıl, 1 gümüş medalla başa vurublar.

***

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

Bu çəkidə idmançımız Mahir Əmiraslanov birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Foto: Nurlan Gülməmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm