Sağlamlıq
İdmanla məşğul olmağın DÜZGÜN SAATLARI
Mütəxəssislər bildirir ki, idmanla müxtəlif problemlərdən xilas olmaq mümkündür. Ancaq bunun üçün idmanın saatını problemə uyğun müəyyənləşdirmək lazımdır. Çünki müxtəlif saatlarda edilən idmanın orqanizmə təsiri fərqli olur.
Publika.az problemlərdən xilas olmaq üçün idmanı hansı saatlarda etməli olduğunuzu araşdırıb:
İdeal çəki
İdman etməyinizin səbəbi arıqlamaq və ya ideal çəkidə qalmaqdırsa, onda mütləq səhər saatlarını seçin. Səhər yeməyindən qabaq edilən idman orqanizmin gün ərzində daha çox kalori xərcləməyinə kömək edəcək.
Kökəlmək və ya əzələ yığmaq
İdmana müraciət etməyinizin səbəbi daha güclü, qüvvətli, əzələli olmaqdırsa, deməli, sizin üçün ən uyğun vaxt axşam saatlarıdır. Mütəxəssislər, xüsusilə də, axşam yeməyindən sonra edilən idmanın bu baxımdan yararlı olduğunu iddia edir.
Yuxu problemi
Yuxu problemindən əziyyət çəkirsinizsə, mütləq idmana başlamalısınız.
Yatmazdan əvvəl 15-30 dəqiqə arası yüngül idman hərəkətləri etsəniz, asanlıqla yuxuya gedəcəksiniz. Yuxudan öncə edilən yüngül idman hərəkətləri yuxunun keyfiyyətini artırır, səhərlər daha gümrah oyanmağa yardım edir.
Stresslə mübarizə
Stress bir çox xəstəliyin əsas səbəblərindən biridir. Stresslə mübarizə aparmaq üçün idman etmək lazımdır. Önəmli bir iclasdan və ya iş görüşməsindən öncə yüngül idman hərəkətləri edə bilərsiniz. Beləliklə, stressdən və gərginlikdən xilas olacaqsınız.
Allergiyanın dərmanı
Allergiyadan əziyyət çəkirsinizsə, axşam saatlarını idmana ayırın.
Ləman Sultan
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA