Kəklikotu yağı möcüzələr yaratmağa qadirdir
Bizi izləyin

Sağlamlıq

Kəklikotu yağı möcüzələr yaratmağa qadirdir

Bir çox insan bahar fəslinin gəlməsini, qış yuxusuna getmiş cansız təbiətin oyanmasını səbirsizliklə gözləyir. Amma o da var ki, bahar özü ilə birlikdə bir çox problemləri də gətirir.

Müxtəlif bitkilərin çiçəklənməsi nəticəsində yaranmış yaz allergiyası müasir dünyada çox geniş yayılmış haldır. Bu xəstəliyin əlamətlərini aradan qaldırmaq üçün müxtəlif preparatlar mövcuddur. Amma təəssüf ki, onlar qaraciyər və böyrəklərə zərər verir, həzm sisteminə kifayət qədər mənfi təsir edir. Allergiyanın müalicəsi və profilaktikası üçün alternativ üsullar və təbii vasitələr var. Publika.az xəbər verir ki, kəklikotu yağı əsl möcüzələr yaratmağa qadirdir.

Allergiyanın kəskinləşməsi zamanı xəstənin vəziyyəti yüngülləşdirmək üçün küçədə tibbi maska taxmaq tövsiyə olunur. Bu sadə üsul problemin həllində bir çox insana kömək edir. Hər halda dərmanlara pul xərcləməkdən daha sərfəlidir. Otağın havasını nəmləndirmək və pəhriz də vacibdir. Şəkəri və əti mütləq azaldın.

Allergiyanın kəskin tutmalarının müalicəsi üçün kəklikotu yağı istifadə etmək tövsiyə olunur. Əgər imkan varsa, inhalyasiya (Buxar, qaz və ya toz halına salınmış dərman maddələri ilə nəfəs alma vasitəsilə yuxarı nəfəs yollarının müalicəsi) etmək olar: Suya 1 damcı kəklikotu yağı tökün və inhalyatoru artırın. Bu vasitə ilə allergik bronxospazm, öskürək və nəfəs yaxşılaşır.

Müalicəvi mikstura ilə də efir yağı içmək olar: bir stəkan suya 3 damcı kəklikotu yağı töküb için. Bu vasitəni 10 gün ərzində gündə 1 dəfə qəbul edin, sonra 2 həftə fasilə vermək lazımdır. Güclü antiseptik təsirə malik kəklikotu yağı parazitləri orqanizmdən xaric edir və allergik proseslər azaldır.

Zeytun yağı ilə kəklikotu yağını qarışdırıb işlətmək olar. 3 damcı kəklikotu efir yağını yarış çay qaşığı zeytun yağı ilə qarışdırıb dilinin altına qoyun. Əgər ağzında qıcqırma əmələ gəlirsə, süd içmək olar.

Xəbərdarlıq: Bu, çox güclü vasitədir. Hamilə və süd verən qadınlara, 12 yaşına qədər uşaqların müalicəsi üçün heç bir halda onu tətbiq etmək olmaz. Kəklikotu yağı müalicəsi üçün həkimlə məsləhətləşmək yaxşıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm