Çox pul xərcləmədən orqanizmi təmizləyən detoks üsulları
Bizi izləyin

Sağlamlıq

Çox pul xərcləmədən orqanizmi təmizləyən detoks üsulları

Mövsüm keçidlərində, xüsusən qışdan yaza keçəndə detoks etmək orqanizm üçün həm əhəmiyyətli, həm də vacibdir. Detoks bədəni alkoqol, narkotik və ya digər zərərli maddələrdən təmizləyir, artıq çəki problemini həll edir. Ancaq detoksun faydalı bununla məhdudlaşmır. Detoks orqanizmi yalnız zərərli maddələrdən təmizləmir, həm də qocalmağa və xəstəliyə yol açan toksinlərdən azad edir. Detoks eyni zamanda zehni və ruhi təmizlənməlidir.

Kimlər detoks etməlidir?

Əslində, hər bir insanın detoska ehtiyacı var. Xüsusi ilə daimi baş və ya kürək ağrıları varsa, hər şeyi unudursunuzsa, dırnaqlarınız və saçlarınız tez-tez qırırlarsa, sizin detoksa hamıdan daha çox ehtiyacınız var.

Detoks proqramı uzunmüddətli və ya qısamüddətli ola bilər. 24 saatlıq qısa müddətli detoks proqramlarına meyvə suları, sakitləşdirici terapiyalar, qalın bağırsaq təmizliyi və dəri təmizliyi daxildir.

Uzunmüddətli detoks proqramlarına isə ətdən, ağır karbohidrogenlərdən, kimyəvi maddələrin istifadə edildiyi qidalardan uzaq durmaq daxildir. Əvəzində daha çox meyvə və tərəvəz, su və bitki çayları təklif edilir. Bundan başqa, yoqa kimi alternativ müalicələr, iynəbatırma, sakitləşdirici meditasiyalar, ya da masajlarla detoksu dəstəkləyə bilərsiniz.

Evdə çox pul xərcləmədən sadə detoks proqramları tətbiq edə bilərsiniz. Ancaq detoksa proqramına nələrin daxil olduğunu müəyyən etmək üçün həkim və ya diyetoloqla məsləhətləşin.

Limonlu su

Limonlu su evdə çox rahat hazırlanan detoks növüdür. Limon turşusu orqanizmin təmizlənmə prosesinə kömək edir. Bu maye həzm prosesini normallaşdırır, həm də yağ molekulları limon sayəsində parça-parça olur. Mütəmadi olaraq limonlu sudan istifadə edərkən üz dərisinin rəngi açılır, daha sağlam görkəm alır. Limonlu suyun faydalarından bəhrələnmək üçün onu səhərlər acqarına içmək lazımdır və istifadə zamanı hazırlanmalıdır. Diqqətdə saxlamaq vacibdir ki, bir stəkan ilıq suya limonun yalnız dörddə bir hissəsinin şirəsi əlavə olunmalıdır. Onu içdikdən yarım saat sonra səhər yeməyinin yeyilməsi vacibdir. Limon suyu gün ərzində insanın əhvalına da müsbət təsir göstərir və bütün daxili orqanların fəaliyyətini normallaşdırır. Limonlu suya bir çay qaşığı bal da əlavə edə bilərsiniz.

Hamam duzları

İsti su toksinləri dərinin üst səthinə göndərir, beləcə su soyuduqca dəri təmizlənir. Duzlar tərləməni təmin edərək detoksu sürətləndirir və qalın bağırsaqları təmizləyir. Hamam duzu ilə vanna qəbul etmək bədəni rahatlaşdırır, mənfi enerjini alır, toksinləri təmizləyir, məsamələri açır. Açılan məsamələr sayəsində dəri yaxşı nəfəs alır və parıltılı olur.

Alma

Alma detoksu üç, ən çox dörd gün davam etdirilir. Bu detoksu etmək üçün sadəcə yetişmiş almalar yemək lazımdır. Detoks zamanı gündə ən az 6 alma yeyilməlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm