Sağlamlıq
Arıqlamaq istəyənlər üçün: duzun faydası
Bədəndə su saxladığı üçün idmanla məşğul olanlar duzun zərərli olduğunu düşünürlər.
Bu, yanlış fikirdir. Duz orqanizm üçün olduqca faydalı
vasitədir. Məşqçi Ceyhun Vəliyev onun orqanizmə xeyrindən
danışır:
“Duz orqanizmdə su səviyyəsini qoruyan vasitədir. Hamıya məlumdur
ki, bədənimizin 70 faizi sudan ibarətdir. Bədəndəki su ehtiyatının
hətta 2 faizini itirəndə özümüzü yorğun hiss edirik. 10 faizini
itirmək isə ölüm riskinə bərabərdir. Buna görə də duzun orqanizmə
çox faydalı olduğunu anlamaq lazımdır. Duz, əsasən, qandakı su
miqdarını qorumaq funksiyasını yerinə yetirir və böyrəyin nə qədər
su ifraz etdiyini, özündə nə qədər saxladığını müəyyənləşdirir.
Bəzi xarici sağlamlıq institutlarında və xəstəxanalarda aparılan
araşdırmalarda çox duz yeməyin insan orqanizminə zərər verdiyi
müəyyənləşdirilib. Həddindən artıq duzlu yeməyin təzyiq xəsətlərinə
ziyan olduğu doğrudur. Lakin bu araşdırmalar zamanı idmanla məşğul
olanlar nəzərə alınmayıb”.
“FİTNESLƏ MƏŞĞUL OLANLARA DUZ MÜTLƏQDİR”
“Fitneslə məşğul olduqdan sonra bədəndəki duzun miqdarı azalır.
Araşdırmalar sübut edib ki, bədəndə duz azaldığı zaman insulinin
miqdarı da azallmağa başlayır. İnsulin azalanda karbohidrat qəbulu
zamanı orqanizm daha çox insulin buraxmaqda əziyyət çəkir.Tez
zamanda formaya düşməyimiz üçün lazım olan amin turşularını və
əlavə güc almağımız üçün istifadə etdiyimiz kreatini əzələyə
çatdırmaqda insulin karbohidratının böyük rolu var. Duzdan az
istifadə olunanda bədən bu prosesi həyata keçirməkdə əziyyət çəkir.
Beləliklə, məşqdən sonra bədənin bərpası ləngiyir. Az duz qəbul
etmək hərəkətsiz insanlar üçün yararlıdır. idmanla məşğul olanda
isə duz tər yolu ilə çıxır. Bu, arıqlamaq üçün qaçış lentindən və
ya velo trenajordan istifadə edənlərdə özünü daha çox göstərir.
Eyni zamanda məşq zamanı əzələnin yığılıb bükülməsində də duz əsas
rol oynayır. Yetəri qədər duz qəbul etmədikdə əzələ ləng böyüyür və
onun dayanıqlılığı aşağı düşür. Duz az qəbul ediləndə məşq vaxtı
bədəndə sudurğaların artması müşahidə olunur. Bu vasitə ilə
orqanizmdə duzun az olduğunu müəyyənləşdirmək mümkündür. Gündəlik
duz miqdarı 2-3 qramdır. İdman edənlərdə isə bu bir qədər çoxdur.
Gün ərzində qəbul edilən duzun miqdarını hesablamaq çətin olsa da,
həm idman edənlər, həm də etməyənlər bilməlidirlər ki, normadan
artıq duz qəbul edəndə böyrəklər idrar yolu ilə duzu bədəndən
çıxarır”. /Axşam.az/
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək