Çox qorxulu xəstəlik yayılır
Bizi izləyin

Sağlamlıq

Çox qorxulu xəstəlik yayılır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Asiya, Afrika və Yaxın Şərqdəki 10 ölkədə poliomielit xəstəliyinin yayılması ilə bağlı "ictimai səhiyyədə beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət" elan edib.


ÜST-ün yaydığı bəyanatda deyilir: "Situasiya nəzarət altına alınmazsa, dünyanın ən təhlükəli xəstəliklərindən birinə qarşı mübarizə kampaniyası alt-üst olacaq".


Vəziyyətlə bağlı ÜST-ün baş direktoru Marqaret Çen də çıxış edib. ÜST 2009-cu ildə "donuz qripi" pandemiyası ilə bağlı da dünya miqyasında fövqəladə vəziyyət elan etmişdi.

Çenin dediyinə görə, situasiyanı ötən həftə ÜST-ün 13 ekspertindən ibarət fövqəladə komitəsi öz yığıncağında müzakirə edib. Poliomielit xəstəliyinin əsas "hədəf"i 5 yaşına qədər olan uşaqlardır.

Son 6 ayda poliovirus Əfqanıstan, İraq, Kamerun, Nigeriya, Pakistan, Suriya, Somali, Ekvatorial Qvineya, Efiopiya və İsraildə qeydə alınıb. ÜST-ün baş direktorunun poliomielitlə mübarizə məsələləri üzrə yardımçısıBryus Ayluordun dediyinə görə, sözügedən dövlətlərin hakimiyyət dairələri poliomielitin "milli səhiyyə sistemləri üçün fövqəladə situasiyaya çevrildiyini" bəyan ediblər.

Virusun yayıldığı Pakistan, Suriya və Kamerunun hakimiyyət dairələrinə əhalinin, habelə 4 həftədən artıq müddətdə bu dövlətlərdə olan şəxslərin təcili peyvəndləşdirilməsinin aparılması məsləhət bilinib.


ÜST tələblərinə görə, sözügedən ölkələri tərk edən şəxslər səfər müddətindən asılı olaraq 4 həftə-12 aylıq oral poliomielit peyvəndi (OPP) və ya inaktivləşdirilmiş poliomielit peyvəndi (İPP) almalıdırlar.


Poliomielit əsəb sistemində ağır fəsadlar yaradan kəskin virus infeksiyasıdır./milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm