Sağlamlıq
İmmuniteti artırmaq üçün MÜKƏMMƏL VASİTƏ
Bəşəriyyətə beş min il əvvəldən məlum olan jenşen elmi təbabətdə güclü adaptogen bitki kimi tanınır. Ona görə də onun tətbiq sahələri çox genişdir. Çin dilindən tərcümədə jen-adam, şen - kök deməkdir.
Publika.az xəbər verir ki, jenşen bitkisi vətəni olan Çindən XVII əsrin axırlarında Avropaya gətirilib və Fransa kralı XIV Lüdoviqə hədiyyə verilib. Bundan bir neçə il sonra Şimali Amerika ərazisində yeni bir jenşen forması tapılıb və indi həmin bitkini Amerika jenşeni adlandırırlar. Jenşenin spirtdə çıxarışının gündə iki dəfə yeməkdən yarım saat əvvəl 20 damcı qəbul edilməsi stress zamanı faydalıdır. Prosedur hər gün təkrar edilməklə 1 ay aparılır.
Jenşenin qurudulmuş kökləri toz halına salınır və gündə iki-üç dəfə 0,15-0,25 qram qəbul edilir. 40-50 qram jenşen kökü qaynadılmış və soyudulmuş suda 3-4 saat saxlanılır. Qarışıq qaranlıq yerdə 0,5 litr spirtdə 17-20 gün saxlanılır. Alınan məhlul gündə bir dəfə yeməkdən yarım saat əvvəl 10 ml qəbul edilir. Müalicə kursunu 90 gün davam etdirəndən sonra 10 gün fasilə verilir və yenidən təkrar edilir.
10 qram xırdalanmış jenşen kökü litrlik butulkaya tökülərək üzərinə 100 ml 40 faizli spirt əlavə edilir, kip bağlanır və qaranlıq yerdə 20 gün saxlanılır. Alınan cövhərdən 25-30 damcı 100 ml qaynadılmış suya əlavə edilərək gündə üç dəfə yeməkdən əvvəl qəbul edilir.
Hər üç resept orqanizmdə immuniteti artırmaq məqsədi ilə qəbul edilir. (Azərtac)
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər