Döymənin qorxunc FƏSADLARI
Bizi izləyin

Sağlamlıq

Döymənin qorxunc FƏSADLARI

Bədənində döyməsi olan insanlar buna məruz qalırlar.

Bədənində döyməsi olan insanlar daha çox günvurmaya məruz qalırlar.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, döymələr gün işığını daha çox özünə cəlb edirlər. Əlbəttə ki, döyməsi olan insanlar onu gizlətmək üçün pul xərcləmirlər. Çoxu məhz yay aylarında – açıq paltarlarda, çimərlikdə görünsün deyə bədənlərini bəzəyirlər. Amma bununla da günəşin “diqqətini çəkirlər”.

Alimlər deyirlər ki, günvurmaya səbəb döymə olan yerin tərləməməsidir. Çünki boyaq dəridəki məsamələri tutur və tər vəzisinin funksiyasına mane olur. Dəri tərləməsi isə mütləqdir, məhz tərləmə vasitəsilə bədən isti havalarda özü-özünü sərinlədir. Ona görə də bədəndə döymə nə qədər çox olarsa, təhlükə bir az da artar. Xüsusilə də isti ölkələrdə yaşayan insanlar döymələrdən imtina etməlidirlər.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm