Sağlamlıq
Dırnağını yeyən insanlarla bağlı alimlərin ŞOK AÇIQLAMASI
İnsanlar düşünürlər ki, dırnaq yemək narahatçılıqdan irəli gəlir. Dırnağını və ya dırnaqətrafı əti dişləyib qoparan insan görəndə adətən onun gərgin olduğunu düşünürük. Əslində isə yanılırıq. Çünki alimlərin gəldiyi qənaət göstərib ki, bu insanları digər səbəb birləşdirir.
Publika.az bu vərdişə səsbəb olan amilləri təqdim edir.
Bəzi hallarda dırnaqlarını yeyənlər üçün böyük təhlükə var. Belə ki, açıq qalan yaralar tədricən mikrobla dolur, infeksiya mənbəyinə çevrilir. Hətta tarixdə bu qəribə vərdişin həyatını əlindən aldığı onlarla insan var.
Yer planetinin əhalisinin 20-30 %-i dırnaqlarını yeyir. Bunların əksəriyyəti qadınlardır.
Bu zəifliyə çox vaxt həyəcan səbəb olur. İnsan öz dünyasına qapanır, özünə güvəni get-gedə zəifləyir. Dırnaqlarını dişilə qoparıb tullayaraq sanki özünü sakitləşdirməyə çalışır. Alimlər iddia edirlər ki, bu vərdiş insanı sakitləşdirsə də, onun yaranma səbəbləri müxtəlifdir.
Məlum olub ki, bu xəstəlikdən daha çox perfeksionizmə, yəni mükəmməlliyə can atan insanlar əziyyət çəkirlər. İnsan həyatındakı uğursuzluqlardan, arzularını gerçəkləşdirə bilməməsindən təngə gəlir.
Perfeksionistlər adətən daimi irəliləyişi sevirlər. O, baş verməyəndə isə kədərlənib, dırnaq yeməkdə təsəlli axtarırlar.
Bunun qarşısını almağın tək yolu var. Əlinizdə olanlarla zövq almağa çalışaraq, həyatınızı yüngülləşdirin.
Leyla Sarabi
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR