Sağlamlıq
Hansı xəstəliklər rənglərlə müalicə olunur?
Hər rəngin öz enerjisi var. Rənglərin enerjisindən faydalanaraq edilən müalicə bir çox xəstəliyə çarə olur.
Rənglərlə müalicə həm asandır, həm də təsiri uzun müddət davam edir.
Bəs rənglərlə hansı xəstəlikləri müalicə etmək olur? Müalicə üçün nə etmək lazımdır?
Yalnız rəngli geyinmək və ya evinizi lazım olan rənglərlə dekorasiya etmək nəticə verə bilməz. Nəzərə almaq lazımdır ki, rəng müalicəsi zamanı bədəndə mövcud olan beş elementdən istifadə edilir. Bunlar atəş (qırmızı), torpaq (sarı), hava (mavi), su (yaşıl), səma (açıq mavi) rəngləridir.
Bu rənglərin kombinasiyası və enerjisi ilə bədəndəki
xəstəlikləri müalicə etmək mümkündür.
Rənglərin müalicə etdiyi xəstəliklər
bunlardır:
Göy: Zəkanı gücləndirir. İnsana cəsarət və daxili dinclik verir. Göz, qulaq, burun müalicəsində də istifadə edilir. Damar (varikoz), sinir sistemi xəstəlikləri, çiban, xora, dəri problemlərində də istifadə etmək mümkündür.
Mavi: Şok keçirən insanlara yaxşı təsir edir. Təlaşlı və qorxmuş insanlara kömək edir. Tez-tez kabus görən insanlar da bu rəngdən istifadə etməlidirlər. Belə ki, yuxudan əvvəl mavi rəngə fokuslanaraq meditasiya etmək kabus görməyin qarşısını alır.
Bənövşəyi: Həddindən
artıq duyğulu və aqressiv insanların müalicəsi üçün uyğundur.
Həmçinin iştahanı azaldır və arıqlamağa kömək edir.
Yaşıl: Stressi
azaldar. Ürək problemi olan insanlara yaxşı təsir edir. Qırıq
sümüklərin toxumasının təkrar böyüməsini sürətləndirir. Hamilə
qadınlara tövsiyə edilir.
Narıncı: Enerji verir. Öd daşı, həzm sistemi problemləri, döş ağrılarında təsirlidir. Tənha və depressiyadan əziyyət çəkən insanların daxilən rahatlaşmasına kömək edir.
Sarı: Zəkanı gücləndirir. İnsanlara xoşbəxtlik aşılayır. Həzm sistemini sürətləndirir. Dəri problemlərini müalicə etməkdə faydalıdır.
Qırmızı: adrenalin ifrazını çoxaldır. İnsanın özünü daha güclü hiss etməsinə kömək edir. Anemiya və digər qan xəstəliklərindən şikayətçi olanlara qırmızı rəngli paltar geyinmək tövsiyə olunur.
Rənglərlə müalicənin müxtəlif üsulları var. Bu üsullardan ən qəribəsi isə belədir:
Rəngli şüşələri xəstənin probleminə görə seçib həmin şüşənin 4/3-ü su ilə, geri qalan qismini isə hava ilə doldururlar. Bu şüşəni 72 saat günəş işığından qorumaq lazımdır. Daha sonra 15 dəqiqə gün işığına tutulmalıdır. Beləliklə, Günəş şüası rəngli şüşədən keçərək hava və su ilə birləşir, nəticədə enerji və rəngin vibrasiyalarını kombinə edir. Daha sonra xəstə şüşənin içindəki suyu içməlidir. Terapiyanın təsirini gücləndirmək üçün lazım olan rənglərdə geyinmək və həmin rəngdə olan qidalardan istifadə etmək lazımdır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR