DİQQƏT! Qablaşdırılmış sular xəstəlik mənbəyidir
Bizi izləyin

Sağlamlıq

DİQQƏT! Qablaşdırılmış sular xəstəlik mənbəyidir

İsti havalarda iş yerlərində, ofislərdə soyuq suya olan ehtiyac qablaşdırılmış sular vasitəsilə qarşılanır. Bəs, bu suların nə dərəcədə təmiz olduğunu bilirsinizmi? Elə isə Ailem.az-ın bu yazısını oxuyun.

Qablaşdırılmış sularda toplanmış gözlə görünməyən bakteriyalar bir çox xəstəliyə səbəb olur. Buna görə mütəxəssislər bu su qablarının 3-6 ay arasında təmizlənməsinin vacibliyini vurğulayırlar.

Sağlam olmaq üçün gigiyenik qaydalara əməl etmək lazımdır. Gigiyena sahəsində tədbirli olunmadığı halda insanlar özləri də bilmədən bir çox xəstəliyə yoluxurlar. Xüsusən soyuq və isti su qaynağı olan qablaşdırılmış sular gigiyena məsələsində geridə İş yerlərində, ofislərdə, evdə istifadə edilən bu su qabları periodik olaraq təmizlənməsə, insan sağlamlığı üçün təhlükə saça bilər. Çünki yeni istifadə edilən su qablarının üzərində 30 gündən sonra gözlə görünməyən bakteriyalar toplanmış olur.

Su qablarının ozonla təmizlənməsi daha çox məsləhət görülür və tez-tez dezinfeksiya edilməsi lazımdır. Su dozatorlarını təmizləyən şəxs əlcəkdən istifadə etməlidir. Bütün plastik hissələri ayrıca dezinfeksiya edilib yaxşıca yuyulmalıdır. Qazanın içinə dezinfeksiya maddəsini töküb bir az saxladıqdan sonra bol su ilə yuyulmalıdır. 3-6 ay arasında bu dezinfeksiya təkrar edilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm