Dərinin düşməni olan 4 qida
Bizi izləyin

Sağlamlıq

Dərinin düşməni olan 4 qida

Yediyimiz, içdiyimiz dəri toxumamızı zədələyərək cildimizin qüsursuz görünüşünü korlayır. Sızanaqlar, əyriliklər, dərimizin quru və qabıqlı görünməsi, tam olaraq yeyib içdiyimizlə əlaqədar olmaqla yanaşı, dəri toxumamız üzərində mənfi təsir yaradır. Publika.az dərimizin düşməni olan 4 qidanı təqdim edir.

Quru çərəzlər

Bu qidanın tərkibindəki çox miqdarda sodium hüceyrələrdəki nəmi əmər və hüceyrə divarının xarici qatında yığlıb qalar. Nəticə olaraq isə şiş göz qapaqları və gözaltı torbalar ortaya çıxır.

Spirtli içki

Spirtli içi içərkən tərkibindəki sodium nəmi əmər, qan damarlarını genişləndirər və dərinin korlanmasına səbəb olar. Qırmızı şərabın ürəyə faydalı olması adi bir söyləntidir. Eyni həzzi almaq üçün köpüklü üzüm suyu içə bilərsiz.

Qızarmış yeməklər

Fast Food restoranlarında bişirilən yeməklər üçün istifadə edilən yağ çox qızdığından HNE adı verilən birləşim açığa çıxır. Bu birləşim dəri hüceyrələrinin ölümünə səbəb olur. Bu ölü hüceyrələr də öz növbəsində quru, kobud və qüsurlu cild deməkdir.

Dadlı karbohidratlar

Şəkər, kola və çox istifadə edilən qidalar bu kateqoriyaya aiddir. Şəkər və undan ibarət olan bu qidalar androgen hormonunun ifrazını artırır. Məlumata görə, az şəkərli pəhriz saxlayanlarda dəridə sızanaqlar daha çox olur. /ailem.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm